150.000 manatliq video!

Aygün Kazımovanın qızının videosu yayınlanıb

Xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımovanın qızı, Eurovison-2011 müsabiqəsinin iştirakçısı İlqarə İbrahimovanın videosu ortalığı bir-birinə qatıb…

Trend Life-ın məlumatına görə, Facebook sosial şəbəkəsində, YouTube internet saytında və bəzi Azərbaycan saytlarda qoyulan linklər Aygün xanımda təlaş yaradıb. Öz dinləyicilərinə həmişə olduğu kimi həqiqəti çatdirmaq üçün Aygün Kazıimova gecə sübutları ilə Trend informasiya agentliyinə gəlib.

“Mənim qızım, İlqarə İbrahimova İlqar qızı Heydar Əliyev adına müasir tədris kompleksin məzunudur. Məlumdur ki, keyfiyyətinə görə Azərbaycanda bundan yaxşı tədris müəssisəsi yoxdur. Həmin kompleks öz tələbələrini tətil zamanı əlavə tədris kursları ilə təmin edir. İnternetdə murdar şəkildə yayımlamış video əslində heçnə ilə əsaslanmır. Mən, hər şeydən əvvəl, əsl Azərbaycanlı Anayam və hamı bilir necə çətinliklərlə mən tək övladımı böyütmüşəm. Qoy hamı bilsin ki, kiminsə sifarişi ilə mənim adımı ləkələmək və qızımın təzə-təzə başlayan karyerasına son qoymaq məqsədi ilə yayımlamış video, əslində qızımın dörd il bundan əvvəl Londonda tətil müddəti Oksford universitetinin nəzdində olan məktəbdə tədris aldığı zaman çəkilmişdi. Qısacası, İlqarə tələbə yoldaşlarını səhər yeməyinə çağırmaq üçün otağa gəlmişdir, qalanları siz özünüz görmüsüz. 16 yaşlı İlqarə, hər hansı yetkinlik yaşına çatmamış bir qız kimi, özünə dost-qardaş bildiyi tələbə yoldaşların hərəkətlərini zarafat sanmışdı. Lakin bu planlaşdırılmış bir proyekt idi. Niyə bu video o zaman yox, məhz indi qızımın karyerasına təzə-təzə başladığı zaman çıxdı? “Yaxşı insanlar” gözəl çalışdılar.

Videonun müəllifi – Orxan Daşqın Hacı-Daşqın oğlu (Türkanlı), və videodakı şəxs – Novruzzadə Nicat Şahin oğlu, necə deyərlər “Papanın gül balaları” və üçüncü şəxs, videoda üzü görünməyən – paralel sinifdən olan Əyyub.

Mənə sadəcə çox maraqlı gəlir, görəsən bu hadisədən sonra valideynlər öz övladlarını ölkədan kənarda müəllimlərə və şagirdlərə etibar etməyə qoyacaqlar mı?

Mən onların valideynləri, ağsaqqalları və süjetin qəhrəmanları ilə qörüşmüşəm, və onlardan bir Ana kimi məsələnin sülh yolu ilə həll olunmasını və onların YouTube-da nəinki yetkinlik yaşına çatmamış qızımdan, ümumiyyətlə Azərbaycanın bütün qız və analarından üzr istəmələrini istəmişəm. Lakin onlar bunu ozünə sığışdıra bilməyəcəklərini söyləyiblər.

Mənim əzizlərim, qızımın yerində istənilən günahsız qız və hətta onların bacısı ya da anası ola bilərdi. Heç kəs belə biqeyrətlərdən sığortalanmayıb.

Mən bir valideyn kimi bütün valideynlərə müraciət edirəm: Siz mənim yerimdə olsanız nə edərdiniz???”

Aygün Kazımova qızının şok videosunu yayanları məhkəməyə verib

Xalq artisti 150.000 manat tələb edir…

A.Kazımova qızı İlqarə İbrahimovanın internetdə yayılan video-görüntüləri ilə bağlı məhkəməyə müraciət edib. Məlumata görə, xalq artisti əvvəlcə baş verən olayla bağlı Daxili İşlər Naziliyində olub, nazir müavinlərindən biri ilə görüşərək məsələni müzakirə edib. O, qızına qarşı baş verən bu biabırçı hərəkət barədə ölçü götürülməsini tələb edib. A.Kazımova İlqarəyə qarşı bu addımın təxribat olduğunu iddia edib və həmin videonu yayanların dərhal tapılıb cəzalandırılmasını istəyib.

Məlumata görə, xanım müğənni bununla kifayətlənməyərək məhkəməyə də müraciət edib. Və ərizəsində bu işi təşkil edən şəxslərə qarşı 150 min manat məbləğində təzminat davası açıb. O, özünə dəyən mənəvi zərərin ödənməsi üçün əlindən gələni edəcəyini açıqlayıb.

Bu da İlqarənin atası

“Qafqazinfo”ya daxil olan bu foto İlqarənin atası İlqar İbrahimovla anası Aygün Kazımovanın illər öncə evli olduqları dövrdən yadigardır. Oxucular üçün maraqlı olduğunu nəzərə alıb fotonu təqdim edirik.

Qeyd edək ki, Aygün Kazımova İlqar İbrahimovla 1989-cu ildə ailə həyatı qurub. 18 yaşında ailəsindən xəbərsiz sevdiyi bu oğlana qoşulub qaçıb. Onların evliliyindən İlqarə adında qızları dünyaya gəlib. Lakin sonradan Aygünün dediyinə görə, İlqar və ailəsi onu döydüyü və sənətindən ayırmaq istədikləri üçün evdən qaçıb.

Zeynəb Xanlarovanın bacısı nəvəsi:

“Aygün Kazımova bizi hədələyir”

Var.az saytı yazıb ki, İlqarə İbrahimovanın videosunun müəllifi Orxan Nəsirov xalq artisti Zeynəb Xanlarovanın bacısı nəvəsidir. 20 yaşı olan Orxan Nəsirov 3 il əvvəl telekanallardan birində yayımlanan meyxana yarışmasında iştirak edən meyxanaçı Vahid Qədimə “VAZ- 2107” markalı maşın və “qızıl nömrə” bağışlayıb. Hədiyyə canlı yayımda o vaxt 17 yaşı olan Orxan Nəsirov tərəfindən təqdim olunub. Şou aləminə ciddi maraq göstərən gəncin video materialı yayımlamaqda hansı məqsəd güddüyü isə yəqin ki, məhkəmədə araşdırılacaq. Çünki xalq artisti Aygün Kazımova faktla bağlı məhkəməyə müraciət edib.

Orxan Nəsirovun atası Daşqın Nəsirov “Yeni Müsavat”a videonun yayılması ilə bağlı şok məlumatlar verib. Nəsirov deyib ki, Aygün Kazımova bu video yayılandan sonra onların ailəsini şantaj etməyə başlayıb: “Aygün Kazımova yalan deyir. “İç xəbər”də yalandan deyir ki, mənim uşağım yetkinlik yaşına çatmadığı zaman çəkilib həmin video. Mənim oğlumla Aygünün qızı bir sinifdə oxuyublar. Həmin video 4 il əvvəl deyil, 2 il bundan qabaq – 2009-cu ildə çəkilib. Aygün Kazımova şəxsən mənə zəng edib 150 min manat pul tələb edib. Özü də pulu tək məndən yox, o biri valideynlərdən də tələb edir. Birindən 100 min manat istəyir. Martın 17-də zəng elədi, bir ana kimi mən onu dinlədim. O dedi ki, mən işi “milis”ə verəcəyəm. Elə söhbət əsasında dedi ki, mən səndən pul alacağam, 150 min, özü də manatla. Mən də ona cavab verdim ki, mənim nəinki özümdə, heç qohumlarımda da bu qədər pul yoxdur. Dedim ki, sizə 500, uzağı 1000 manat “hörmət” edə bilərəm. Bundan sonra Aygün Kazımova dedi ki, istər kriminalın əli ilə olsun, istərsə də dövlətin, sizlərdən istədiyim pulu alacağam. Dedim ki, Aygün xanım, bizə hədə-qorxu gəlməyin, biz kənd adamlarıyıq. Əgər oğlumun hərəkətində hər hansı bir cinayət xarakterli əməl varsa, gedib cəzasını çəkəcək. Bir sinifdə oxuyan uşaqlar olub, aralarında elə bir ciddi iş olmayıb. Bu məsələnin bu qədər şişirdilməsinin kimə lazım olduğunu mən bilmirəm. 2009-cu il yanvarın 10-da uşaqlar gediblər Londona, 30-da da geri qayıdıblar. Video da həmin tətil günlərində Londonda çəkilib. O vaxt onun qızının 19 yaşı olub. 19 yaşlı şəxs həddi-büluğa çatmamış şəxs hesab olunur məgər? Bizim uşaqlar onun qızından 1 yaş balacadırlar. “İç xəbər”də Aygün deyir ki, guya qızı uşaqları səhər yeməyinə çağırmaq üçün otağa gəlib. Birincisi, gecə saat 2 olub. Gecə saat 2-də də “zavtrak” olur? Bunu videodan da görmək olur. Pəncərələrdə havanın qaranlıq olduğu açıq-aydın görünür. Bir də ki, onun qızı uşaqların otağına gəlib. Burada elə bir qəbahətli iş yoxdur. Bir sinifdə oxuyan uşaqlardır, bir-biriləri ilə çox yaxşı, mehriban münasibətləri olub. Mənim oğlum otaqda sinif yoldaşı Nicatı videoya çəkəndə Aygünün qızı otağa gəlib, deyib, gülüb, zarafatlaşıb oynayıblar. Burada qəbahətli iş yoxdur”.

Videonun yayılması ilə bağlı suala isə D.Nəsirov belə cavab verdi: “İstintaqçılar onu da tapdılar. Aygün Kazımova veribmiş kiməsə, kənar bir şəxsdir. O da deyib ki, Aygündən xoşum gəlmir deyə yaydım. 99 faiz özləri yayıblar. Bir insan ki, uşağına görə gəlib pul tələb edirsə yəqin bu işi də özü qurub. Təsəvvür eləyin ki, hər gün kəndə gəlir (Türkan kəndini nəzərdə tutur-E.M), bizə hədə-qorxu gəlir, mən belə eləyəcəyəm, elə eləyəcəyəm. Uşağın üzünə kislota atdıracağam. Uşağa tapşırdım ki, ona baş qoşma. Mənim oğlum siqaret çəkmir, içki qəbul etmir, namaz qılır”.

D.Nəsirov oğlunun və videoda olan digər gənclərin Aygün Kazımovanın şikayəti əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılaraq 1 gün saxlanılması xəbərini də təsdiqləyib: “Apardılar, bir gün saxlayıb sorğu-sual etdilər. Məlum oldu ki, nə mənim oğlumun, nə də dostu Nicatın videonun yayılmasında heç bir günahları yoxdur və uşaqları buraxdılar. Əgər uşaqların günahı olsaydı, onları həmin idarədən buraxmazdılar. Uşaqları buraxandan sonra Aygün Kazımova bizə dedi ki, hansı yolla olursa-olsun, istədiyim pulu sizdən alacağam”.

Birinci şəkildə – videonun müəllifi Orxan Daşqın Hacı-Daşqın oğlu (Türkanlı)
İkinci şəkildə – Novruzzadə Nicat Şahin oğlu

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button