Gülər Əhmədova Sevinc Babayevanın gizlinlərindən danışdı

01.01.2013

“Onları müvafiq orqanlara təqdim edəcəyəm…”
“Mən təəssüf edirəm ki, Sevinc Babayevanın oğlu mənim barəmdə bu cür fikirlər səsləndirir. Mən əminəm ki, o bu məktubu yazmaqla Elşad Abdullayevin təhdidlərindən qorxub. O şok içindədər. Belə bir bir vəziyyətdə olan insanı təhdid edib, ona yalan sözlər danışdırmaq heç bir dəyərə sığmır”. 

Bu sözləri Moderator.az-a eksklüziv açıqlamasında sabiq deputat Gülər Əhmədova Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun anasının ölümündə onun əlinin olması barədə yazdığı məktuba münasibətində söyləyib.

Gülər Əhmədova bildirib ki, Sevinc Babayevanın ölümü ilə bağlı ekspertizanın nəticəsini gözləyir: “Mən dəqiq bilirəm ki, Elşad Abdullayev o uşağı qorxudub. Mən oğlum yerində olan bu uşağın dediklərinə cavab qaytarmaq istəmirəm. Amma ona bircə tövsiyəm var ki, təmkinli olsun”.

Onun sözlərinə görə, bir müddət əvvəl facebook-da onun adından saxta profil yaradılması da bu təxribatın tərkib hissəsidir: “Mənim adımdan səhifə yaradıb, ağılllarına gələni yazmışdılar”.

Sevinc Babayevanın üzərində başqa bir məsələ ilə bağlı cinayət işinin olduğunu deyən sabiq deputat onun Elşad Abdullayevdən bütün dövlət orqanlarına şikayəti olduğunu da dilə gətirib: “Elşad Abdullayev onunla bərabər onunla işləyən daha iki qadını müflis etmişdi. Onunla işləyən insanları aldadıb qaçıb getdi. Sevinc Elşaddan ona verdiyi pulları ala bilmirdi. Nəticədə minlərlə valideyin qarşısında bu insanlar qaldı. Məndə Sevinc Babayevanın mesajları var. O bu mesajları Türkiyəyə gedəndən sonra yazıb. Mən həmin mesajları saxlayıram. Müvafiq orqanlara da təqdim edəcəyəm”. 

Sevinc Babayevanı onun ölkədən çıxarması barədə iddialara gəlincə, Gülər Əhmədova bunları deyib: “Hüquq-mühafizə orqanlarında Sevinc Babayevanın ölkədən necə getməsi barədə məlumat var”.

G.Əhmədova Sevinc Babayevanın Elşad Abdullayev tərəfindən təhdid olunmasına sübut kimi bir müddət əvvəl yayılan videonu xatırlatdı: “Həmin videoda Sevinc bir çox mətləblərə aydınlıq gətirir”.

http://aznews.az/news.php?id=14174#.UOPdS29g_2g

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button