“Xırdalan” Qazpaylayıcı Stansiyasında qəza baş verdi

bineqedi18.06.2014

BİNƏQƏDİ RAYONUN MƏİŞƏT QAZI İLƏ TƏMİNATI TAMAMİLƏ KƏSİLDİ

Binəqədi rayon sakinlərindən XuralTAC-a daxil olan məlumata əsasən, artıq 5 gündür ki, Binəqədi rayonunun qazla təminatı kritik həddə çatıb. “SMART KART” tipli elektron qaz sayğac sistemi işləyən aparatların bir çoxu qazın mütəmadi olaraq azalıb-kəsilməsindən sıradan çıxır və ya bloka düşür.

Sakinlərin sözlərinə görə dövlət proqramı əsasında milyonlarla vəsait hesabına 2 ildir Binəqədi, Sulutəpə, Xocəsən, Rəsulzadə qəsəbələrində, 6-cı və 7-ci mikrorayon ərazilərində əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədilə yeni 63 qaz xəttinin çəkilməsi, yeni yaşayış massivlərinin qazlaşdırılması, mövcud mexaniki sayğacların “Smart-kart” tipli elektron qaz sayğacları ilə əvəz olunmasına baxmayaraq, qazın verilməsində hər zaman ciddi problemlər yaranır.  Binəqədi Rayon Qaz İstismar İdarəsi  sakinlərin narazılıqlarını nəzərə almır, istədiyi vaxt qazın verilməsində kəsintilər yaradır.

Binəqədi rayon Qaz İstismar İdarəsinin əməkdaşı Fəxrəddin Yusifov məsələyə münasibət bildirərəkən qey edib ki, hazırda “Xırdalan” Qazpaylayıcı Stansiyasında qəza baş verdiyindən və boru xətlərində sızmalar yarandığından paytaxtın ən böyük rayonu olan Binəqədi rayonunun qazla təminatı tamamilə dayandırılıb. qazən nə vaxt veriləcəyini isə tərəddüdlə “axşam saat 7-də verilə bilər” deyən F.Yusifov sonrakı günlər də sakinlərin bu cür problemlərlə üzləşəcəyini istisna etməyib.

Sakinlər isə Binəqədi rayon Qaz İdarəsi əməkdaşlarının bu cür izahatını bəhanə adlandırırlar: “Biz hər zaman qazın pulunu ödəyirik. Abonent olaraq haqqımız var ki, qaz verilməsində problemlərlə üzləşməyək. Görünür İdarədə hansı korrupsiya halları mövcuddur ki, yenə də qazın ötürülməsini dayandıraraq, pul silirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button