19 yaşlı qız toyda öldü

Fransada cavan qız toy kortejindən açılan atəş nəticəsində qətlə yetirilib.
Anspress-in məlumatına görə, xəbəri “Le Parisien” nəşri yayıb.
İnsident şənbə günü Marli şəhərində baş verib. Küçədən keçən toy kortejində olan qonaq atmosferə uyğun olaraq ov tüfəngindən atəş açıb.
Merin sözlərinə görə, kortecin yanından keçən təqribən 19-20 yaşlı qız başından güllə yarası alıb. Onun sözlərinə görə, həmin qız digər bir toya dəvətli idi. “Onlar kənardan keçərkən güllə ona dəyib”, – deyə mer bildirib.
Yaralanan qızı təcili xəstəxanaya yerləşdirsələr də onun həyatını xilas edə bilməyiblər. Qızcığaz xəstəxanada keçinib.
26 yaşlı “ovçu”nu isə yerli sakinlər hadisə yerindəcə saxlayıblar. Məlum olub ki, canfəşanlıq edən qətl şübhəlisi heç toya belə dəvət olunmayıb. Sadəcə dostu onu toy kortejində aparmağa razılıq verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button