20 illik deputatlar – 25 il olacaq…

Bütün çağırışlarda deputat seçilənlər - SİYAHI

 
Deputat seçilənlərin arasında həyatının 20, 25 ilini parlamentə həsr edən mandat sahibləri var. Hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibindəykən, 1991-cı ildə çağırılan keçmiş Ali Sovetin sessiyasından ta 2015-ci il 1 noyabr tarixindəki seçkilərədək həmişə qalib elan edilmiş parlamentarilər də var. 10 saylı Binəqədi üçüncü seçki dairəsindən mandat qazanmış Madər Musayev bu il 6-cı dəfə parlamentə seçildi. O, 1991-ci ildən bəri deputatdır.
Müstəqil Azərbaycan Respublikasında I çağırış Milli Məclisə seçkilər 1995-ci ilin 12 noyabrında keçirilib. 2015-ci il 1 noyabr tarixində isə V çağırış Milli Məclis seçkiləri keçirildi. Bu seçkilərin hamısında iştirak etmiş və həmişə də mandat qazanmış deputatlar kimlərdir?
Modern.az saytının kiçik bir araşdırması nəticəsində məlum oldu ki, ömrünün 20 ilini Azərbaycan Respublikasının qanunvericilik orqanında keçirən bəzi deputatlar bundan sonra daha 5 il Milli Məclisdə çalışacaqlar. Bunlar aşağıdakı şəxslərdir:
1 saylı Şərur-Sədərək seçki dairəsi – Vasif Talıbov
2 saylı Şərur seçki dairəsi – İsa Həbibbəyli
4 saylı Naxçıvan şəhər seçki dairəsi – Eldar İbrahimov
23 saylı Nəsimi-Səbail seçki dairəsi – Ziyad Səmədzadə
50 saylı Abşeron-Qobustan seçki dairəsi – Zeynəb Xanlarova
60 saylı Salyan-Neftçala seçki dairəsi – Fəzail Ağamalı
61 saylı Neftçala seçki dairəsi – Arif Rəhimzadə
66 saylı Biləsuvar seçki dairəsi – Xanhüseyn Kazımlı
74 saylı Lənkəran kənd seçki dairəsi – Hadı Rəcəbli
76 saylı Lənkəran-Astara seçki dairəsi – Ziyafət Əsgərov
116 saylı Qəbələ seçki dairəsi – Fəttah Heydərov
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İmamverdi İsmayılov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button