2011-ci ilin əsas siyasi hadisələri

2011 Dekabr 30

CONTACT

13.01: Avrokomissiyanın prezidenti Joze Manuel Barrozu və Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandan Avropaya qaz tədarükü barədə birgə bəyannamə imzalayıblar. Birgə bəyannamə “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində və Avropaya enerji daşıyıcılarının tədarükünün şaxələnməsində vacib addımdır.

08.04-12.05: Avropa İttifaqı və Avroparlament bəyanat verərək Azərbaycanda fundamental haqlar və insan azadlığının vəziyyətindən narahatlıqlarını ifadə ediblər.

25.05: Azərbaycan Bloklara Qoşulmamaq Hərəkatının tam hüquqlu üzvü olub.

26.05: ABŞ, Rusiya və Fransa prezidentləri Fransanın Dovil şəhərində “iyirmiliy”in sammitində Ermənistan və Azərbaycan prezidentlərini «siyasi iradə nümayiş etdirərək iyundakı Ermənistan-Azərbaycan sammiti gedişində Dağlıq Qarabağ üzrə tənzimlənmənin əsas prinsipləri üzərində işi başa çatdırmağa» çağırıb.

28.05 Avropa Məhkəməsinin qərarına zidd olaraq 4 il həbsdə saxlanılan tanınmış jurnalist Eynulla Fətullayev amnistiya edilib.

25-26.07: Rusiya Azərbaycana təklif edib ki, Qəbələ RLS-in icarəsi haqqında sazişin müddəti uzadılsın.

27.07: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Səfər Ankara Ermənistanla münasibətləri normallaşdırmaq niyyəti ifadə edən zaman soyuyan münasibətlərin isinməsinə səbəb oldu.

30.09: Şərq Tərəfdaşlığının Varşava sammiti assosiativ müqavilə barədə Aİ-Azərbaycan danışıqlarına start verib.

03.10: Səbail rayon Məhkəməsi 2 apreldə İctimai Palatanın kütləvi aksiya cəhdi zamanı tutulan 4 müxalifət fəalına hökm çıxarıb.

25.10: Azərbaycan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.

29.10: “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı iri həcmdə rüşvət tələbi ittihamı ilə həbs edilib.

23.11: Həyatına sui-qəsd edilən yazıçı-publisist Rafiq Tağı Kliniki Tibb Mərkəzinin reanimasiya şöbəsində vəfat edib. Dekabrın 19-da Tağıya sui-qəsd edilmişdi. Naməlum şəxs ona 6 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

İLİN SİYASİ YEKUNLARI

2011-ci il xarici siyasi aspektdə Azərbaycanın geosiyasi, energetik və kommunikasiya əhəmiyyətinin artması, Qərb üçün alternativ (Rusiyaya münasibətdə) rolu ilə yadda qaldı. 2011-ci ilin hadisələri göstərdi ki, enerji daşıyıcıları amili dünyada daha çox aktuallıq kəsb edir, bütün aparıcı ölkələrin və təşkilatların diqqəti bəzi istiqamətlərin ziyanına (demokratiya, mədəniyyət, ekologiya) energetika məsələlərinə yönəlir. Bütün il ərzində dünyada “ərəb baharı” hadisələri fonunda enerji resurslarına ajiotajlı maraq müşahidə edilib və Qərb-İran xətti üzrə qarşılıqlı münasibətlərin qarşıdurması güclənib. Bütün bunlar bu və ya digər dərəcədə Xəzərin enerji resursları üzərində nəzarət uğrunda geosiyasi mübarizənin güclənməsinə və Azərbaycanın alternativ tranzit rolunun aktuallaşmasına səbəb olub. Belə ki, Qərbin regionda Rusiyanın maraqlarının məhdudlaşdırılması və Azərbaycanın alternativ rolunun önə çıxarılması üzrə geosiyasi, energetika və nəqliyyat-kommunikasiya oyunu 2011-ci ildə yeni daha aktiv fazaya daxil olub.

Bütün bu layihələrin həyata keçirilməsi, şübhəsiz, Azərbaycana yaxşı siyasi və iqtisadi dividendlər vəd edir. Eyni zamanda, bütün bunlar ölkənin nəhəng dövlətlər arasında neft kartı və geosiyasi mübarizəsinin girovu olması üçün real risklər yaradır.

2011-ci ildə özünü təzahür etdirən yalnız bir neçə təhlükəli təhdid və tendensiyanı sadalamaq olar:

– ABŞ-ın İranla müharibəsi təhlükəsi. Hər iki tərəf 2011-ci il ərzində fəal şəkildə müharibəyə hazırlaşıb, bu amil bütün regionda gərginlik yaradıb və Azərbaycanın xarici siyasi hadisələrinin gedişinə mühüm təsir edib. Müharibə başlayacağı təqdirdə Azərbaycanın neytral qalıb təhlükəsizliyini təmin etməsi çox çətin olardı. Bütün il boyu Azərbaycan uğurla manevr edib antiİran koalisiyasında real iştirak və ABŞ-ın hərbi planlarına aktiv zidd getmək ifratlarından qaçmağa çalışdı. İran məsələsində Rusiya və ABŞ-ın maraqlarının toqquşması və Azərbaycanın geosiyasi əhəmiyyətinin artması rəsmi Bakıya imkan verdi ki, bütün istiqamətlər üzrə (şimal, cənub və qərb) oyunu uğurla aparsın və işi qarşıdurmalı seçim həddinə çatdırmasın. Qəbələ RLS ətrafında aktiv diplomatik oyun bu cəhətdən səciyyəvidir.

– Rusiyanın energetik pressinqinin güclənməsi, dünyada və Xəzər regionunda böyük dövlətçilik siyasətinin aktivləşməsi dalğasında neoimperiya iddialarının artımı. Bütün il boyu Rusiya bütün alternativ enerji layihələrinin və Azərbaycan da daxil deyilən region ölkələrində Qərbyönlü inteqrasiya proseslərinin qarşısının alınması üçün aktiv addımlar atdı. Aydındır ki, Rusiyanın Azərbaycana birbaşa təzyiq üçün bəhanəsi (Gürcüstana etdiyi kimi) yoxdur.

– «Qarabağ kartı» əvvəlki tək rəqabət aparan dövlətlərin əlində Azərbaycanda vəziyyəti təhlükəli şəkildə manipulyasiya etmək üçün alətdir. Azərbaycanı kapitulyasiya sülhünə və ya “Kosova” modelinə məcbur etmək cəhdləri çox təhlükəli və gözlənilməz nəticələr verə bilər. Rəsmi Bakı kapitulyasiyaya razılıq versə, bu, cəmiyyətdə etirazlarına səbəb olar və ölkədə daxili siyasi vəziyyətin uzun müddətə pozulması ilə nəticələnər. Prinsipial imtina təqdirində danışıqlar prosesi pozular və iflic olar, problemin hərbi həllini aktuallaşdıra bilər. Müharibənin başlanması isə regionda olan indiki qeyri-müəyyən və təhlükəli geosiyasi fonda gözlənilməz nəticələr doğura bilər.

Ölkənin xarici siyasi kursunun qeyri-müəyyənliyi və ziddiyyətliliyi güclənir, daxili siyasi sahədə mənfi tendensiyaların və kolliziyaların artması Azərbaycanın gələcək perspektivi üçün ciddi narahatlıq yaradır. Ölkənin hara üz tutduğu, kimə bənzəməyə çalışdığı, necə idarə edildiyi aydın deyil. Belə ki, Azərbaycan Bloklara Qoşulmamaq Hərəkatına qoşulmaqla Şimali Atlantika blokundan məsafə saxlayır.

Qərblə Şərq arasında daimi manevr və tərəddüdlər (əsasən, Vaşinqtonla Moskva arasında), eləcə də sərt mərkəzləşmə cəmiyyətin və dövlətin mobillik imkanlarını və «immun sistemini» tam zəiflədib. Güclənən sistemsiz idarə edilən dövlət sindromu xarici siyasi təhdidlərin artdığı şəraitdə ölkəyə çox qeyri-müəyyən perspektivlər vəd edir.

2011-ci il (xüsusən onun ikinci hissəsi) Azərbaycan-Türkiyə münasibətləri aspektində çox intensiv və məhsuldar olub. Rəsmi Ankara ilə münasibətlərin soyuması müəyyən qədər aradan qaldırılıb. İki ölkə arasında 26 dekabrda imzalanan Azərbaycan qazının “Şahdəniz” yatağından Avropaya nəqli üzrə qaz kəməri tikintisi üçün konsorsium yaradılması barədə memorandum daha da yaxınlaşmaq üçün zəmin yaradıb. Regionda əsas gücə çevrilmək iddiasında olan Türkiyə öz ətrafında güclü və sıx birləşmiş türk dövlətlərinin olmasında çox maraqlıdır. Çox əlverişli coğrafi, tranzit-kommunikasiya və enerji imkanlarına malik olan türk dövlətlərinin inteqrasiyası üzrə Türkiyə təşəbbüsünün uğuru bütün Qara dəniz-Xəzər regionunda geosiyasi güc nisbətini dəyişə, dünyada siyasi-iqtisadi proseslərin gedişinə ciddi təsir edə bilər. Bunda bütün türk dövlətləri maraqlıdır. Şübhəsiz, bu planların həyata keçirilməsində Türkiyəyə dərin tarixi, milli-mədəni, sosial-iqtisadi, eləcə də sıx geosiyasi və enerji alyansı ilə bağlı olan Azərbaycan mühüm rol oynaya bilər.

2011-ci ildə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşı olmayıb. Hakimiyyət əvvəlki tək diffamasiyaya görə cinayət təqibindən, sərbəst düşüncəli jurnalistlərə qarşı başqa qorxu və qisas üsullarından istifadə edib. Məsələn, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı iri həcmdə rüşvət tələbi ittihamı ilə həbs edilib.

Dini etiqad azadlığının, yığıncaq azadlığının məhdudlaşdırılması, həbsdə və başqa yerdə saxlanılanlara qarşı işgəncələr davam edir və güclənir.

Hakimiyyət yığıncaq azadlığını məhdudlaşdırıb. Bakının mərkəzində mitinq və nümayişlərə icazə verilmir, icazəsiz aksiyaları polis dərhal dağıdır. 2 apreldə mitinq keçirmək istəyən müxalifət fəallarına qarşı sərt tədbirlər bunu sübut edir. Aksiyanın bütün təşkilatçıları müxtəlif müddətə məhkum edilib.

Bu hərəkətlər beynəlxalq strukturların kəskin tənqidinə səbəb olub, amma iqtidar bunlara etina etmir. Onu demək kifayətdir ki, rəsmi Bakı ATƏT-in siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserin ölkəyə gəlməsinə uzun müddət icazə verməyib. Hakimiyyət Azərbaycan hüquq müdafiəçilərinin dediyi qədər siyasi məhbusun olmadığını bildirir. Hüquq müdafiəçiləri ölkədə 70 siyasi məhbusun olduğunu bildirir. İlin sonu üçün prezident amnistiyasından sonra onların sayı üç nəfər azaldı.

Turan Analitik Xidməti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button