2023-cü ildə Azərbaycan hansı ölkələrə qaz satıb?

Yayımlandı: 3 İyul 2024 16:50

Həmçinin Azərbaycan da qaz idxal edib

2023-cü ildə Azərbaycandan ən çox qaz almış ölkə Türkiyədir – 10.854.348 kubmetr. Bu, ümumi qaz satışının 40.8 faizidir.

İkinci yerdə 10.705.462 kubmetrlə İtaliya gəlir. Ümumi payda 40.2 faiz edir.

“Baku Research İnstitute”-nun Dövlət Statistika Komitəsinin (DSK) məlumatları əsasında hazırladığı infoqrafikada belə deyilir.

Azərbaycandan ən çox qaz satın alan üçüncü ölkə Gürcüstandır – 2.148.664 kubmetr. Gürcüstan Azərbaycanın qazının 8.1 faizinin alıcısıdır.

Bolqarıstan 4.8 faiz qaz almaqla dördüncü yerdədir – 1.275.253 kubmetr.

Növbəti yerdə Avropa ölkəsi Yunanıstan gəlir. Yunanıstan Azərbaycanın qaz satışında 4.2 faizlik yerə sahibdir. Bu da 1.117.467 kubmetr edir.

Bundan sonra qaz ixrac edən ölkə gəlir – Rusiya. Rusiya Azərbaycandan 326.532 kubmetr qaz alıb. Bu da ümumi ixracatın 1.2 faizidir.

Yeddinci yerdə isə Rumıniya gəlir. Bu ölkə Azərbaycandan 184.286 kubmetr qaz idxal edib. Ümumi payda 0.7 faiz yer tutur.

2023-cü ildə Azərbaycan da xarici ölkələrdən qaz alıb. Bu ölkələr İran və Rusiyadır. İrandan təbii qazın 1000 kubmetrini 38 dollar, Rusiyadan 178.9 dollara idxal edilib.

Azərbaycan isə Rusiyaya qazın 1000 kubmetrini onlardan aldığı qiymətdən 9 dollar ucuz, 170 dollardan satıb.

Ən az və baha satış Rumıniya ilə gerçəkləşdirilib. Hər 1000 kubmetr 929.2 dollardan hesablanıb. İkinci yerdə 805.6 dollarla Yunanıstan, üçüncü yerdə isə 752.2 dollarla İtaliyadır.

Bolqarıstana qazın hər 1000 kubmetri 368.8 dollardan, Türkiyəyə 339.2 dollardan satılıb.

Ən ucuz Gürcüstana (1000 kubmetri 161.3 dollara) və İrana (1000 kubmetri 38 dollara) satılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button