2023-cü ilin dövlət büdcəsi qəbul edilib

Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda da qəbul edilib.

Layihədə 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri isə 33 milyard 353 milyon 278 min manat nəzərdə tutulur. 2023-cü ildə dövlət büdcəsinin gəlirləri bu illə müqayisədə 5.3 faiz, xərcləri isə 3 faiz daha çox proqnozlaşdırılır.

Bu ilin sənədində (dəyişiklikdən sonra) neftin bir bareli 85 ABŞ dolları götürülmüşdü. Gələn il üçün isə həmin rəqəm 50 dollar müəyyən edilib.

Hazırda Azərbaycan neftinin bir bareli 80 dollar civarında satılır.

Gələn il yaşayış minimumunun məbləği də sənəddə öz əksini tapıb. Qəbul edilən layihəyə görə, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246, əməkqabiliyyətli əhali üçün 261, pensiyaçılardan ötrü 199, uşaqlara isə 220 manat müəyyən edilib. Bu il bu göstərici ölkə üzrə 210, əməkqabiliyyətli əhaliyə 220, pensiyaçılara 176, uşaqlar üçün isə 193 manat idi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button