Gənc fəallar Bəxtiyar Haciyevin yaxınları ilə görüşüblər

Bir qrup jurnalist və gənc Gəncə şəhərinə səfər edərək həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin ailəsi və yaxınları ilə görüşüb. Səfərdə “Azadlıq” qəzetinin müxbiri Ramin Deko, “Turan” İnformasiya agentliyindən fotomüxbir Etimad Budaqov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Ədalət Əhmədov, AXCP gəclər təşkilatının sədri Əbülfəz Qurbanlı, hüquq müdafiəçisi Qaya Əliyev, Bəxtiyar Hacıyevin hüquqlarının müdafiə komitəsinin sədri Rail Abbasov və digər şəxslər iştirak edib.

Bəxtiyar Hacıyevin atası İlyas Hacıyev qeyd edib ki, həbs edildiyi gündən indiyə kimi oğlu ilə görüşə bilməyib. Görüşlə bağlı müraciət etsə də, hələ ki heç bir cavab da almayıb.

Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev isə qardaşına işgəncə verildiyi üçün ona yaxınları ilə görüş verilmədiyini bildirib.

Gənc fəalın anası Solidə Mövlayeva isə qeyd edib ki, oğlu həbs ediləndən sonra etiraz əlaməti olaraq hakim Yeni Azərbaycan Partiyasının üzvlüyündən imtina edib.

Dostları isə Bəxtiyar Hacıyevin həbsini hökumətin alternativ fikirli gənclərə qarşı apardığı repressiya kimi dəyərləndiriblər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, gənc fəalla bağlı Gəncəyə səfər etmiş media nümayəndələri və gənclər polisə də dəvət edilib. Onlardan səfərlərinin məqsədi soruşulub.

Xatırladaq ki, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə ittiham olunur. Barəsində 1 aylıq həbs qərarını martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsi çıxarıb. 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkisində 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev seçkidən bir neçə gün sonra, noyabrın 17-də təhsilini davam etdirmək üçün Gürcüstana getmək istəyərkən Qazax rayonunun Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən deputatlığa namizəd statusunda olan Bəxtiyar Hacıyev bir gün sonra həbsdən azad edilmişdi. Hüquq müdafiəçilərinin fikrinə görə isə, Bəxtiyar Hacıyevin sosial şəbəkələrdəki fəallığına və xüsusilə bir qrup gəncin başladığı “11 mart böyük xalq günü” kampaniyasına texniki dəstək verdiyi üçün həbs edilib.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Somalidə, Amerikanın oyunları və Somali Variantının Azərbaycanda həyata keçirmə planları

    Məlum olduğu kimi, Somali 1961 ci ildə öz müstəqilliyinə qovuşmuşdur.Amma buna baxmayaraq qonşu ölkələri ilə daimi müharibə şəraitində yaşayan Somalidə inkişaf dayanmış, AİDS xəstəliyi çox güclü yayılmış və insanlar səfalət içərisində yaşamışdırlar.Strateji önəmə malik olna Somali, Ədn körfəzi və Hind okeanına çıxışa malikdir və bəzi ölkələrin neftinin daşınması Ədn körfəzi üzərindən təşkil edilir.
    Somali xalqı İslam dininə çox bağlı xalqdır.Nədənsə, müsəlman ölkələri həmişə xasoa sürüklənir və bundan istifadə edən Amerika və digər Qəqb ölkələri öz maraqlarını təmin edirlər.Amerika , Somalidə demokratik seçkilərin keçirilməsi üçün Somali dövlətinə çox təzyiqlər etdi.Oxuyanlar deyə bilər ki,nə gözəl Amerika , Somaliyə demokratiya gətirdi.Amma belə olmadı.Səudiyyə Ərəbəistanında təhsil alan Şeyx Şərif Əhməd və dostları, “İSLAM MƏHKƏMƏLƏRİ” adlı siyasi təşkilat təsis etdilər və seçkilərə qatıldılar.Seçkilərdə böyük qələbə əldə edən “İSLAM MƏHKƏMƏLƏRİNİN” və Somali Xalqının qara günlər bundan sonra başladı.Xalq zən edirdi ki, Somalidə Demokratiya olacaq.
    Mərkəzi Kəşfiyyat İdarəsinin önəmli şəxsləri Nayobidə, Şeyx Əhməd Şərif ilə hoteldə 2006 ci ildə görüşdülər və Amerikanın maraqlarının təminatı üçün qaranti istədilər.Şeyx Əhməd şərif buna razı olmadı və həmçinin Şeyx Əhməd Şərifdən tələb edirdilər ki,”İSLAM MƏHKƏMƏLƏRİNƏ” bağlı silahlı qüvvələri buraxılsın.Şeyx Əhməd Şərif buna da razılqı vermədi və izah etdi ki, Efiopiya ilə savaş halındaıyıq.Efiopiyanın , Somaliyə hücum təhlükəsi qalxmadan silahlı qüvvələri buraxa bilmərik.
    Amerika daha sonra BMT- dən vasitəçilik rolu üstənməsini istədi.Amma buda alınmadı.
    Amerika yüksək məmurları bir gün içərisində Somalidə, “ƏL-Qaidənin” yerləşməsi və bunun qonşu ölkələrə zərər verməsi açıqlamalarına başladılar.2006 ci ilin Aprel ayında Efiopiya Silahlı qüvvələri qurudan Somlaiyə hücum etdi.Amerika da , Cibutidəki hər bazasından Somlaini havadan bombalamaya başladı.
    Baxın budur Amerikanın demokratiyası.Amerika istədiyi zaman demokratiyadan danışır və öz maraqlarını təmin etməyəndə də min bir oyunla həmin ölkələrdə xaos yaradır və 100.000 minlər insanın həlak olmasına səbəb olur.Sizcə bu Amerikanı narahat edirmi? Xeyir.Amerika , Siyonist İsrail və İngiltərə başqa xalqlarının qanın tökülməsi veclərinə deyil, yetər ki, öz xalqları rahat yaşasın.
    Amerika görəndə ki, savaş belə davam etrməsi alınmır.Çünki, Somalı xalqı hamısı iqtidari və müxalifəti ilə Efiopiyaya qarşı mübarizədə birləşir, o zaman parçalanma yoluna baş vurdu.Bir neçə sünni məzhəbinin sufi cərəyanının nümayəndələrini ətrafına topladı və dedi ki, bunlar vahhabilərdir,bunlara qarşı savaşmaq lazımdır.Hal hazırda yenədə müsəlmnalar arasında qardaş qırğını davam edir.
    Budur Amerika demokratiyası!!!!!!!

    Bunun Azərbaycanla nə əlaqəsi var deyənlərə bildirmək istəyirəm ki, Amerika , Somali variantını 2-3 il əvvəl Azərbaycanda həyata keçirmək istədi.Belə ki, bir qrup Çeçenistanda savaşmaq üçün gedən gəncləri Gürcüstanın Pankisi vadisində ələ aldı və həmin adamlar daha sonra Əfqanıstanda peyda oldu.Onlardan , Türkiyədə həbs olunanın Azərbaycanlının etiraflar;ndan ydın oldu ki,Amerika , cihad adı altında bu kimi radikal gəncləri Əfqanıstan və Pakistanda toplayır, onlara təlim keçir.Sonra öz ölkələrində onlar vasitəsi ilə terror aktları törədərək, həmin dövlətlərə təzyiq edir.Məgər, Çeçenistanda Rusiyaya qarşı savaşanların İngilətərə tərəfindən maliyyələşdirilməsini bilməyənlər varmı?
    Həmin radikal etiqadlı əslən vahhabi mənşəli olan gənclər vasitəsi ilə 2007 ci ildə Nərimanov rayonunda yerləşən Əbu Bəkr məscidinə bomba atılmasını təşkil etdi.Bu hadisə Azərbaycan tarixində ilk məscidə qarşı terror aktı idi.İkinci günü , Amerika öz adamaları vasitəsi ilə Azərbaycanda dezinformasiya yaydı ki,Əbu Bəkr məscidini İrana bağlı şiyələr partladıb.Görün necə fitnə törətmək istəyir.Sünniləri, özləridə vahhabi kimi tanınan sələfiləri şiyələrə qarşı qanlı toqquşmaya cəlb etməklə .Amma , Amerika anlamırdı ki, bu Azərbaycanda alınmayacaq.O, vaxtlar medyanı çox yaxından təqib edirdim.Azərbaycanda tanınmış Əhli-Beyt alimləri bu fitnənin qarşısının alınması üçün dərhal bəyanatlar yaydılar ki, bu sünni-şiyə qarşı durması yaratmaq istəyənlərin çirkin oyunudur və Əhli-Beyt davamçıları heç zaman etiqadından asılı olmayaraq başqa məscidlərə qarşı belə çrikin əmələ yönəlməzlər. Həmçinin , “İslam Partiyası”-nın da çox açıq və dəyərli bəyanbatından sonra Amerika , Azerbaycanda sünni-şiyə qarşıdurması yarada bilmədi.
    Amerikaya, Azərbaycanda xaos lazım idi.
    Bu günlərdə Əli Kərimlinin dindarlara yönəlik açıqlamarını oxuyanda, 2003 cü illəri xatırladım.O zamanda Amerika, İsa Qənbər vasitəsi ilə dindarları meydanlara şıxardıb, onlardan istifadə etmək və sonra məsələni İranın üstünə atmaq istəyirdi.2003 cü ildə dindar dostlarımız , Amerikanın oyununu anlayıb belə bir fitnəyə getmədilər.Bu gnüdə, sabahda getməyəcəklər.Azerbaycanın problemlərini biz hamılıqla həl edəcək.Amma imkan verməyəcək ki, Amerika guya bizim dərdimizə qalan kimi göstərib, ölkəmizi xaosa sürükləsin.
    Dünən , Amerikanln Xarici İşlər Nazirliyinin sabiq işçisi çox maraqlı və gözlənilməz bir sirrin üstünü açdı.Həmin içci bildirdi ki, 2000 ci ildə Pentaqondan bir nəfər bizim yanımıza toplantıya gəldi və əlində gəlcəkdə işğal ediləcək ölkələrin siyahısı var idi.Həmin siyahıda 7 ölkə qeyd edilmişdi.İraq,Liviya,Livan,Suriya,İran,Somali,Sudan.İraq işğal edildi,Liviya edilmək üzrədir,Somali xaos içində yanır, Sudan iki yerə parçalandı və neftlə zəngin olan Sudanın cənubu ölkədən ayırdılar.İnqi sıra Suriyadadır və vəziyyət olduqca gərgindir.
    Dünən Amerikalı mütəxəsis BBC tele kanalında açıqlamasında bildirdi ki,əgər Bəşşar Əsəd mitinqləri yatızdıra bilməsə ,Suriyanıda Liviyanın vəziyyəti gözləyir və Qərb ölkələri neçə illərdir ki, Suriyanı işğal üçün bu durumun baş verməsini gözləyirlər.
    Dünən ki yazımnda İranı təkləməl üçün Suriya, Hizbullah və Hamas zəiflətilməsi və yox edilməsi planını barədə qeyd etmişdim.
    Klinton çıxışında bir il əvvəl belə demişdi: Qüsursuz Fırtınalar Gəlir.

    Ona görə qeyd etmək istəyirəm ki, Amerika Azərbaycanda inqilab etmək planını işə salıb.Səbəb , İranın hər tərəfdən mühasirəyə alınması üçün Azərbaycan öz hərbi bazalarını yerləşdirməsidir.Hakimiyyətin rəd cavabı verməsi Amerikanı hiddətləndirib.Bir anlığa düşüşün , Amerika Azərbaycan üzərindən qonşumuz və eyni dini etiqad etdiyimiz ölkəyə hücum etsə, İranda buna qarşılıq verəs, yəgin verəcək,Azərbaycanın durumu nə olacaq? Xaos, qardaş qırğını və bütün sərvətlərimizdə əlimizdən alınacaq.Ölkədə problemləri həl etmək rahatdır yoxsa bir ölkəni inqilab edib xaosa düçar olandan sonra yenidən qurmaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button