Unudulmuş qəbiristanlıq

Elşən İmaməliyev
eimamaliyev@yahoo.com

Hamıya məlumdur ki, “Xəzər Lənkəran”ın uğurlarında azərkeşlərinin böyük payı var. Elə klubun dünyaya tanıdılmasında da fanatların rolu çox böyükdür. Çoxları lənkəranlı azarkeşləri Azərbaycanın ən çılğın fanat ordusu olaraq tanıyır. Onların sıralarında yüksək intellektə sahib olan insanlar da az deyil. “Xəzər Lənkəran”ın nəinki ev oyunlarına, hətta səfər matçlarına da çox sayda azarkeş yollanır. Bununla yanaşı, ölkə xaricində yaşayan, amma qəlbi “Xəzər Lənkəran”la döyünənlərin də sayı az deyil. Təbii ki, televiziya kanallarımızın yarıtmaz siyasəti nəticəsində ölkə xaricində yaşayan azarkeşlər sevimli komandalarının bütün oyunlarını izləyə bilmirlər və bacardıqları qədər oyunların nəticələrini internet saytlarından öyrənməyə çalışırlar. Amma bu saytlarda oyunlar haqqında bütün məlumatları tam dəqiqliyi ilə əldə etmək heç də asan olmur. Bu günkü mövzumuz elə bu haqda olacaq.

“Xəzər Lənkəran” futbol klubunun rəsmi veb səhifəsi ölkəmizin futbol tarixində istifadəyə verilmiş ilk saytlardan biridir. Bu sayt yarandığı gündən azarkeşlər tərəfindən çox sevilir və istifadə edilirdi. Amma son zamanlar sayt unudulmuş qəbiristanlığı xatırladır. Əvvəlcə elə bildim bu, yalnız mənim fikirimdir, yəqin mən sayta azarkeş yox, dizayner gözü ilə baxıram. Amma apardığım sorğu nəticəsində fikrimin əksər azarkeşlərlə üst-üstə düşməsinin şahidi oldum. Buna görə də azarkeşlərin “Xəzər Lənkəran”ın rəsmi saytı haqqında dediklərinin bir neçəsini diqqətinizə çatdırıram:

– Heç bir operativlik yoxdur. Yerləşdirilən məlumatların əksəriyyəti statistika xarakterlidir. Saytın ingilis və rus versiyası demək olar ki, hazır deyil.
– Keçirilən sorğular yenilənmir. Ən yaralı yerimiz olan forum işləmir. Yəqin ki, forumun işləməsi kimlərəsə sərf etmir.
– Evdə internetim zəifdir. Saytda isə flaşdan çox istifadə edildiyinə görə aça bilmirəm.
– Sayğaclar geydirmədir. Səhifəni hər yeniliyəndə bir nəfər artır. Bu düzgün deyil. Uşaq başı aldadırlar?
– Video bölməsində yalnız “Xəzər Lənkəran”ın qalib gəldiyi oyunlardan fraqmentlər var. Bəs məğlub olduğu  oyunlara necə baxaq? “Xəzər Lənkəran”ın qapısına vurulan qolları niyə sayta yerləşdirmirlər? Bu haqsızlıqdır. Ağacı acıdı, dambulu şirin?
– Oyunlar zamanı canlı yayım yoxdur.

– Saytdan “Xəzər Lənkəran”ın şərəfinə açılmış digər saytlara keçid verilməlidir.
– Oyunçulardan müsahibə alınmır.

Düşünürəm ki, Azərbaycanın ən imkanlı klubunun ən bahalı saytında belə kiçik texniki səhvlərin mövcud olması yaxşı hal deyil. Tutaq ki, bu iradlar təkcə “Xəzər Lənkəran”ın saytına deyil, digər klubların saytlarına da aiddir. Amma… Sadəcə “qızım sənə deyirəm, gəlinim, sən də eşit” misalı…

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button