24 yaşlı hicablı qız boşandı və sevgilisilə qaçdı…

qusarl24 yaşlı Qusar şəhər sakini itkin düşüb.
REGİON TV xəbər verir ki, Rayonun Köhnə-Xudat qazmalar kəndində yaşayan Xamətova (Şahvələdova) İnci İmran qızı 18 aprel, 2015-ci il tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb. İnci Xamətova evdən çıxarkən özü ilə şəxsiyyət vəsiqəsi və 50 manat pul da götürüb.
Onun fərdi əlamətləri: boyu 164 sm, yumru sifət, saçları qəhvəyi rəngində uzun, gözləri qonur, burnu düz uzun, dişləri təbii və sağlamdır.
Evdən çıxarkən əynində qara rəngli ətək, qara rəngli uzunqol yun köynək, tünd göy rəngində uzun plaş, başında qara rəngində hicab və ayağında qara rəngli ayaqqabı olub. Xüsusi əlamətləri alnının ortasında xırda çapıq var.
Qusar polisindən Milli.Az-a bildirildi ki, itkin düşdüyü deyilən qızla bağlı məsələyə aydınlıq gəlib. Belə ki, ailəsi şikayət ərizəsini geri götürüb. Bildirilib ki, İnci hazırda Türkiyədədir. O, qardaş ölkəyə ailə quraraq gedib.
Qeyd edək ki, sevgilisinə qoşulub qaçan qız ailəli olub və bir müddət əvvəl boşanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button