Rubrikalar: GÜNDƏM XuralTAC

28 saylı Sabunçu dairəsi üzrə daha bir şikayət təmin olunmadı-MSK-dan qərar

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün (dünən – red.) keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizəd Tahir Poladzadənin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Bundan öncə də bu dairə üzrə müraciət olub. Həmin müraciətə də MSK-nın iclasında baxılıb. Hazırkı müraciətlə bağlı isə araşdırma zamanı dairə üzrə seçki məntəqələrində pozuntular aşkar edilməyib”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

Xatırladaq ki, dünən bu dairə üzrə jurnalist Aygün Muradxanlının şikayətləri də təmin olunmayıb.

Qeyd edək ki, bu dairə üzrə lider namizəd deputat Eldar Quliyevdir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

Yeni koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar martın 29-dan Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın martın…

29 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən Bakı metrosu üçün yeni iş…

29 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Postlardan bu şəxslər və avtomobillər buraxılacaq-SİYAHI

Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydası təsdiqlənib. BakuPost.az xəbər verir ki, qaydaya əsasən…

28 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan…

28 Mart 2020
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

Sabir Rüstəmxanlıdan Qarabağ şeiri: “Savaş bitməyib hələ!”

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bu gün feysbuk səhifəsində şeirini paylaşıb. Xural.com həmin şeiri təqdim edir: 1. Dilimizdə əsirdir…

28 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Sensasion xəbər: Çin koronavirusa qarşı vaksini insanlar üzərində tətbiq etdi!

Çin Xalq Respublikasının (ÇXR) Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin sərəncamına əsasən Pekində əhalinin profilaktik vaksinasiyası üzrə işlər tam həcmdə bərpa…

28 Mart 2020
Xural.COM