28 saylı Sabunçu dairəsi üzrə daha bir şikayət təmin olunmadı-MSK-dan qərar

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün (dünən – red.) keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizəd Tahir Poladzadənin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Bundan öncə də bu dairə üzrə müraciət olub. Həmin müraciətə də MSK-nın iclasında baxılıb. Hazırkı müraciətlə bağlı isə araşdırma zamanı dairə üzrə seçki məntəqələrində pozuntular aşkar edilməyib”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

Xatırladaq ki, dünən bu dairə üzrə jurnalist Aygün Muradxanlının şikayətləri də təmin olunmayıb.

Qeyd edək ki, bu dairə üzrə lider namizəd deputat Eldar Quliyevdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button