Sputnik.az saytının 8 əməkdaşı işdən getdi

Sputnik.az saytının 8 əməkdaşı işdən getdi

Sputnik.az saytının əməkdaşları kütləvi şəkildə işlərindən ayrılıblar. Minval.az saytının xəbərinə görə, agentliyin rus bölməsinin 8 əməkdaşı öz istəkləri ilə işdən çıxmaları barədə rəhbərliyə ərizə təqdim ediblər.
Onlardan biri də şef-redaktor Gülnarə Məmmədzadədir. Ancaq bildirilir ki, rəhbərlik işdən çıxmaq istəyənlərin ərizəsini qəbul etməyib və onlara öz hesablarına məzuniyyətə çıxmağı məsləhət görüb.
Jurnalistlər deyiblər ki, onlar “RİA Novosti”nin “yarımerməni” olan və Azərbaycanın maraqlarına uyğun hərəkət etməyən nümayəndəsi Əziz Əliyevlə birlikdə işləmək istəmirlər.
Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button