29 ildir deputat olan Fəzail Ağamalının qızı və oğlu da Milli Məclisə gəlir?

Bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, artıq ölkə başçısının sərəncamı ilə seçkilərin tarixi məlumdur, Ana Vətən Partiyasının mərkəzi şurası sonra ali məclisi çağırılacaq:

“Orada seçkidə necə iştirak edəcəyimiz, hansı dairələrdə namizədlərimizin verilməsi məsələləri müzakirə olunacaq”.

Fəzail Ağamalı oğlu Elçin Ağamalı və qızı Günay Ağamalının seçkilərdə namizəd olub-olmayacağı barədə sualı belə cavablandırıb:

“Oğlum Elçin Ağamalı son illər siyasi fəallığı nisbətən zəifləyib. Partiyanın yaradıldığı ilk gündən oğlum mənimlə bərabər olub. İndi isə daha çox özünün digər işləri ilə məşğul olmağa vaxt ayırıb.

Qızım Günay Ağamalı isə sosial şəbəkələrdə, partiya işində kifayət qədər fəal iştirak edib. İctimai işlərdə də aktivdir. Övladlarımın parlamentdə iştirak edib-etməməsi məsələsinə gəldikdə isə bununla bağlı hər hansı istəklərini mənə bildirməyiblər. Ailəmizdə hər kəs öz seçimini özü edir. Son olaraq müzakirələr aparacağıq. Baxaq görək nə olacaq. Bütün bunlarla bağlı müzakirələr bitdikdən sonra konkret danışmaq olar”.

Fəzail Ağamalı budəfəki seçkilərdə layiqli namizədlərin deputat seçiləcəyinə ümid etdiyini söyləyib: “Seçildiyim dairələrdə 1 və 2-ci çağırış Milli Məclisə seçkilərdə nisbətən ciddi təzyiqlər və xoşagəlməz hallar olmayıb. Amma sonrakı 3, 4, 5 və 6-cı çağırışlardakı seçkilərdə təzyiqlərə məruz qalmışam. Eyni zamanda anti-Azərbaycan və anti-milli qüvvələr tərəfindən təhdid və təzyiqlər olunub. Bunların heç biri məni yolumdan döndərə bilməyib. Əksinə daha prinsipial hədəflərimə doğru irəliləməyə çalışmışam. Komandamla mənə qarşı yaradılmış çətinlikləri aradan qaldırmağı bacarmışam. Ümid edirəm ki, bu seçkilərdə bu təzyiqlər olmayacaq. Əgər olarsa, yenə mübarizəyə hazıram”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button