3 qardaşa 48 il həbs cəzası verildi

1424882206_mehkemeKiçik ailə münaqişəsindən yaranan qətl 3 nəfərin isə həbsi ilə nəticələndi

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə qətldə təqsirləndirilən Nahid, Əziz və Cahid Qədəşov qardaşlarının cinayət işi üzrə son proses keçirilib. Hakimlər kollegiyasının hökmü ilə Nahid Qədəşov 19 il, Əziz Qədəşov 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, keçən prosesdə dövlət itithamçısı çıxış edərək, qardaşlara ümumilikdə 50 il – Nahid və Əzizə 20il, Cahidə isə 10il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Bıçaqlanma və qətl hadisəsi ötən il avqust ayının 25-də Şağan qəsəbəsində baş verib.Hadisədə 1965-ci il təvəllüdlü Ülkər Abdullayeva, 1962-ci ildə təvəllüdlü Tərlan Abdullayev, onun övladı – 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb. Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Ülkər Abdullayeva dünyasını dəyişib.

Hadsə kişik bir ailə münaqişəsindən başlayıb. Belə ki, bir gün əvvəl Ülkər Abdullayevanın oğlu Rəhman toydan evə gec saatlarda, səhərə yaxın qayıdıb. Buna görə öz bibisi qızı olan həyat yoldaşı ona irad tutub. Bunun əsasında başlanan münaqişəyə nəinki oğlanın, hətta qızın da valideynləri qarışıblar.

Gəlinin gəlin getdiyi dayısı evindən küsüb öz evlərinə gəlməsi səbəbilə 3 qardaş məsələni aydınlaşdırmaq üçün dayısıgilə gediblər. Nahid Qədəşov dayısından arvadını çağırmasını istəyib. Dayısı T.Abdullayev səbəbini soruşduqada, Nahidin “duza qoyacağam” cavabı davaya səbəb olub. Dayı bacısıoğluna bir sillə vurub. Bundan sonra isə Nahid dayısını və onun oğlu Rəhmanı bıçaqlayıb. Sonradan səs-küyə gələn dayısı arvadı Ülkər Abdullayeva da 9 bıçaq zərbəsi vurub. Hadisədə yetkinlik yaşına çatmayan – 17 yaşlı kiçik qardaş Cahid Əzizov da yaralanıb.

Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button