Qadın sürücü həbs olundu

7Fevralın 22-dən 23-nə keçən gecə Bakıda qadın sürücü polisin “saxla!” əmrinə tabe olmadığı üçün bu gün məhkəmə qərarı ilə həbs olunub.

Bakı şəhər sakini Viktoriya Vlasova Səbail rayon Məhkəməsinin qərarı ilə 3 gün inzibati həbs cəzası ilə cəzalandırılıb. və Səbail rayon RPİ-nin 9-cu polis bölməsindən birbaşa DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə aparılıb. O, məhkəmədə verdiyi ifadəsində törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib.

Qeyd edək ki, avtomobilin ödənilməmiş cəriməsi də olduğundan polis əməkdaşları əmrə tabe olmayan qadın sürücünü süni tıxacla saxlayıblar. Ancaq sürücü maşından düşməməkdə israr etdikdə yol polisi qadını maşını ilə birgə təxliyyə etməyi qərara alıb. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O, avtomobildən düşmədiyindən maşın sürücü ilə birlikdə evakuatora mindirilərək cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomobildən düşməyib. Ancaq yol polisinin verdiyi məlumata görə bir neçə saatdan sonra maşından düşüb və yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button