32 saylı dairədən deputatlığa namizədlər bəyanat yaydı

Bəyanatda deyilir:

Milli Məclisə seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər tərəfindən 09 fevral 2020-ci il tarixində keçirilən səsvermə zamanı seçki dairəsinin bütün məntəqələrində Məntəqə Seçki Komissiyaı tərəfindən seçkiyə müdaxilə,aidiyyatı olmayan orqanlar tərəfindən tezyiqin göstərilməsi,seçicilərin az faizlə iştirakı süni yolla artırılması və düzgün protokolların verilməsindən imtina etməyi 32 saylı Suraxanı üçüncü seçki dairəsinin nəticələrini etibarsız sayırıq və yenidən demokratik və şəffaf seçkilərin keçirilməsini tələb edirik.
Yeni Azərbaycan Partiyasının namizədi və Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini Həsənova Afət Əbil qızının xeyrinə total saxtakarlıqlarla keçirildiyini bəyan edirik. Bu saxtakarlıqlarla bağlı foto, video, audio-materiallarla yanaşı,tərtib etdikləri aktlar aidiyyatı qurumlara təqdim ediləcək.
Biz namizədlər inanırıq ki, dövlətin aidiyyəti qurumları seçicilərin və namizədlərin haqqlı mövqeyini müdafiə edəcək və saxtakarlıqda, rol alan əməkdaşları, dairə və məntəqə komissiya üzvləri cəzalandırılacaq.

Baxışov Elçin Niyaz oğlu
Cəfərli Fikrət Novruz oğlu
Əlisəfazadə Anar Əlisəfa oğlu
Kərimli Ramil Balakərim oğlu
Mehdiyeva Bəhiyyə Rahib qızı
Mütəllimova Xəyalə Elman qızı
Osadçenko Yuriy Leonidoviç
Quliyev İlqar May oğlu
Rəcəbov Vəlican Etibar oğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button