Əvəz Zeynallı mətbuat konfransı keçirəcək

11.05.2011

Xəbər verdiyimiz kimi, Nərimanov rayon Məhkəməsinin icraçıları bu gün “Xural” qəzetinin redaksiyasında olublar. Xatırladaq ki, PA rəhbəri Ramiz Mehdiyevin, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərovun məhkəmələri, birinin 10.000 manatlıq, digərinin 5.000 manatlıq cərimələri, eyni zamanda müğənnicik Nüşabə Ələsgərlinin və Prezident yanında «Azərbaycan» Nəşriyyatının direktoru Ağabəy Əsgərovun 2007-ci ildə olmuş və artıq unudulmuş məhkəmə qərarları yenidən gündəmə gətirilib. Qəzetdən dərhal bu cərimələri ödəmək tələb olunub. “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı müstəqil mətbuatın bu qədər ağır cərimələri ödəmək iqtidarında olmadığını xatırladıb. O bildirib ki, rəhbərlik etdiyi qəzetin hətta dərc olunduqları nəşriyyata da uzun müddətdir borcu var və qəzet onu ödəmək iqtidarında deyil. Buna baxmayaraq, icraçılar Əvəz Zeynallının mal və mülkünün olması ilə bağlı müxtəlif dövlət orqanlarına sorğu göndəriblər. Bu hadisəni hakim dairələrin müsstəqil mətbuata qarşı təzyiqi kimi dəyərləndirən Əvəz Zeynallı 2011-ci il mayın 16 saat 12.00-da RATİ-nin qərərgahında mətbuat konfransı keçirəcək. Mətbuat konfransında həm də Əvəz Zeynallı başda olmaqla digər müstəqil mətbu orqan əməkdaşlarının, aktıv jurnalistlərin müstəqil mətbuata yüksək səlahiyyətli məmurlar tərəfindən yönələn təzyiqlərinə  etiraz əlaməti olaraq müxtəlif aksiyalar keçirmək, azad söz və azad fikir carçıları olan beynlxalq jurnalist təşkilatlarına da etiraz məktubları göndərilmək barədə KİV nümayəndələrini ətraflı məlumatlandıracaqlar.  “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı mətbuat konfransında aclıq aksiyası keçirmək niyyətinidə olduğunu da bildirəcək.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button