33 saylı Xətai 1-ci seçki dairəsindən deputatlığa namizəd Zəlimxan Adil oğlu Məmmədli kimdir?

17.07.1957 – Gürcüstan Respublikası, Qardabani rayonunun Kosalı kəndində anadan olub.

 

Təhsili

 

1981 – Azərbaycan Dövlət Tibb İnstitutunun “Stomatologiya” fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1996 – Qərb Universitetinin “Beynəlxalq siyasət və iqtisadiyyat” fakültəsini bitirib. Politoloqdur.
1982 – Xətai rayonu, 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq vəzifəsində işləməyə başlayıb.

 

Azərbaycan Milli Azadlıq Hərəkatı dönəmi

 

1988 – Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş, Xətai rayon şöbəsinin sədri, AXC sədri Əbülfəz Elçibəyin müavini, sonralar sədr aparatının rəhbəri, ictimai, siyasi və xarici əlaqələr üzrə sədr müavini, KXCP Ali Məclisinin sədri vəzifələrində çalışmışdır.
1995-1998 – ABŞ-ın “Beynəlxalq Meridian Mərkəzi”ndə, Polşada Marek Navitski məktəbində kurslar keçmiş, seçki və siyasi texnologiyalar üzrə beynəlxalq sertifikatlar almışdır.
2002 – “Milliyət” qəzetinin təsisçisidir.
1992-1993 –Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Bu müddət ərzində:
– Xocalı soyqırımı qurbanlarının xatirəsinə “ANA HARAYI” abidəsi;
– Görkəmli sərkərdə və dövlət adamı Şah İsmayıl Xətainin heykəli;
– Hacı Zeynalabdin Tağıyevin büstü onun təşəbbüsü və rəhbərliyi ilə inşa etdirmişdir;
– Respublikamızda ilk dəfə olaraq “Bələdiyyə avtonəqliyyat parkı” yaratmışdır;
– Ölkəmizin ərazi bütövlüyünün təmini, milli ordunun formalaşması istiqamətində müstəsna xidmətləri olmuşdur;
– “Qarabağı Xilas Edək” marafonunun təşkilatçısı olmuşdur;
– “Gənc Zəkalar məktəbi”nin qurulmasına nail olmuşdur;
– Gürcüstandakı soydaşlarımıza dəstək məqsədilə layihələr gerçəkləşdirmişdir və s.

 

1992-2002 – Azərbaycan Sambo Federasiyasının Prezidenti olmuşdur.

 

1993-cü ildə İtaliyanın Torino şəhərində erməni separatçılarının “Qarabağ” komandasının Avropa çempionatında iştirakının qarşısını almışdır.
1998-2002 – İlk azərbaycanlıdır ki, Avropa Sambo Federasiyasının vitse-prezidenti, 1997-2002 – Beynəlxalq Sambo Federasiyasının Tibb Komissiyasının sədri olmuşdur.
1996 – Bakıda “Şəhid Rafiq İsmaylovun xatirəsinə Beynəlxalq turnir”in keçirilməsinə nail olmuşdur.
1997 –İdman tarixində ilk dəfə “Sambo güləşi üzrə Avropa çempionatı”nın Bakı şəhərində keçirilməsinə nail olmuş və milli yığma komandamız Avropa çempionu olmuşdur.
1992-2002 – Federasiyaya rəhbərlik etdiyi dövrdə Ceyhun Məmmədov 7 dəfə Dünya Çempionu və dünya rekordçusu, Zülfiyyə Hüseynova isə 5 dəfə Dünya Çempionu olmuşdur.
1998 – ABŞ-ın Beynəlxalq Elm, Təhsil, İncəsənət və Sənaye Akademiyasının üzvü seçilmişdir.
2002 – Respublikanın fəxri bədən tərbiyəsi və idman işçisidir.

 

2009-cu ilin aprel ayından “Borçalı” İctimai Cəmiyyətinin sədridir.

 

26 iyul 2009 – Gürcüstanda, Armudlu yaylağında Elat bayramınının əsasını qoymuşdur.
2012 – “Soydaşlar haqqında qanun”, “Azərbaycanda təhsil alan soydaş tələbələrlə iş üzrə dövlət proqramı”, “Gürcüstana qayıdan gənc kadrların sosial müdafiə proqramı” layihələri hazırlamış, Gürcüstanda “Azərbaycan-Gürcüstan Dövlət Universiteti”nin yaradılması təşəbbüsü ilə çıxış etmişdir.
2017 – Gürcüstanın Cumber Lejava adına Beynəlxalq Akademiyasının akademiki seçilmişdir.
2018 – Azərbaycanda ilk dəfə olaraq Bakının xilaskarı Nuru paşanın büstünü qoydurmuşdur.
2018- 6 saylı poliklinikanın ərazisində “Qarabağ İstiqlal Parkı” salmışdır.
2018 – Beynəlxalq Türk Mədəniyyət təşkilatı “TÜRKSOY”un ev sahibliyi ilə Ankara, Əskişəhər və Bursada Borçalını tanıtma proqramlarının keçirilməsinə nail olmuşdur.
2012 – Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvüdür.

 

Mükafatları

 

2011 –ci ildə “İlin altun adamı”, 2012-ci ildə “Ən fəal sivil toplum quruluşu başkanı” 2013-cü ildə “Şəhid Ramiz Qəmbərov”, 2018-ci ildə C.Mustafayev adına “Qələm və Kəlam”, 2017-ci ildə S.C. Pişəvəri mükafatna, 2015-ci ildə Xətai fondunun “Türk Dünyası Dostluq ordeni”nə və çoxsaylı təqdiredici diplomlara layiq görülmüşdür.

 

Əsərləri

 

“Vraç pokarivşiy Kafkaz miloserdiem” – “Qafqazı xeyirxahlıqla fəth etmiş həkim”(rus dilində), “İdman böyük diplomatiyadır”, “Borçalı dastanı”, “İnsan” kitablarının müəllifi, “Başkeçid qolunu saldı boynuma” kitabının həmmüəllifi, prof. Camal Mustafayevin “Fəlsəfi tarixi araşdırmalar” kitabının redaktorudur. Dövrü “Eldən-Elata” jurnalının yaradıcısıdır.

 

Ailəsi

 

Ailəlidir, 2 qızı, bir oğlu, 5 nəvəsi var. Oğlu Nadir sambo güləşi üzrə dəfələrlə Azərbaycan çempionu, Dünya və Avropa yarışlarının mükafatçısıdır. İqtisadçıdır. Bank sektorunda çalışır. Qızları – Aygün həkim, Gülnar isə hüquqşünasdır. Yoldaşı Mara xanım bioloqur, 45 saylı məktəbdə çalışır.

 

Seçkilərdə iştirakı

 

1990-cı il parlament seçkisində 9 saylı Qaçaq Nəbi, 1995-cı il 33 saylı Xətai birinci, 1995-ci il təkrar seçkidə, 34 saylı Xətai ikinci, 2005-ci ildə 33 saylı Xətai birinci seçki dairəsindən namizəd olmuşdur.
2010-cu il 33 saylı Xətai birinci seçki dairəsindən namizəd olmuş, saxtakarlıq nəticəsində qələbəsi tanınmamışdır. Avropa insan hüquqları məhkəməsi seçkilərin nəticəsinin saxtalaşdırıldığını təsdiqləmişdir.
2019-cu il yenidən 33 saylı Xətai birinci seçki dairəsindən namizəddir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button