35 günlük körpə koronavirusa yoluxdu

İranın Xorasan əyalətinin Günabad rayonunda 35 günlük körpə koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin “Tasnim” agentliyi məlumat yayıb.
Günabad Tibb Elmləri Universitetinin rektoru Cavad Bazəli tənəffüs çatışmazlığı şikayəti ilə xəstəxanaya yerləşdirilən körpənin koronavirus testinin pozitiv çıxdığını açıqlayıb.
Həmin körpə ölkədə Kovid-19 testi tətbiq edilən ən kiçik xəstədir. Onun vəziyyəti yaxşılığa doğru dəyişir. Son məlumatlara görə, İranda 35 min 408 nəfər koronavirusa yoluxub. 2 min 517 nəfər ölüb. 11 min 679 nəfər sağalıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button