İnam Atanın (Asif Atanın) “Görmək İnsaniliyi” kitabı işıq üzü görüb

İnam Atanın (Asif Atanın) “On Kutsal Bitiq”inə daxil olan “Görmək İnsaniliyi” 3-cü Kutsal Bitiqi (“Qanun” -2011, 360 səh.) işıq üzü görüb. Bu barədə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.

Kitabı nəşrə Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh, Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı, Mütləqə İnam Ocağının Evladı Yolruh Atalı hazırlayıblar.

Kitabda yaradıcısının adı ilə “İnam Ata Sivilizasiyası”, mahiyyətinə görə “Mütləqə İnam Sivilizasiyası”, ulusal kim­liyinə görə “Türk Siviliza­siyası” adı ilə yeni ümumbəşər sivili­za­si­yası yaranmasına səbəb olacağı düşünülən dünya­ba­xışın fəlsəfəsi və ruhaniyyatı təqdim olunur.

Ocaq Yükümlüsü İşıqlı Atalı kitaba ““Görmək İnsaniliyi” – Həqiqəti görmək gücü” adlı ön söz yazıb: “İnsanlığın üzdə çoxlu uğurları olsa da, bütün bunlar onu xilas edə bilməyib. Bəşərin ayrı-ayrı ruhani-idraki uğurları (dinlər, fəlsəfi cərəyanlar, elm, incəsənət və s.), insanlığın qurtuluşu yolunda göstərilən bütün çabalar sonda boşa çıxıb: İnsan yaranmayıb! Yaşadığımız gerçəklik bunu deyir. Çünki gerçəkliyi dəyişdirmək üçün onun özündən ötə, üstün işlər görülməyib. Bəşərə belə bir xilası yalnız İnam Atanın Mütləqə İnam Ruhaniyyatı (İnam Fəlsəfəsi) verir. İnsanın qurtuluşu yalnız Ruhani İntibahdadır”.

İşıqlı Atalı ön sözünün sonunda bu qənaətə gəlir: ““Görmək İnsaniliyi” – Mütləqə İnam Peyğəmbəri İnam Atanın Dünyanın, Həyatın, İnsanın Mahiyyətini, gerçəkliyini Həqiqət işığında görməsi, dəyərləndirməsidir.”

Mütləqə İnam Ocağı indiyə qədər İnam Atanın «On Kutsal Bitiq»indən (qısaca “Onluq” deyilir) I və II Kitabları («Mütləqə İnam» və «Mütləqləşmək – var olmaq») nəşr edib. Bu Kitabda isə İnam Atanın ayrı-ayrı çağlarda yazdığı məzmunca bir-biri ilə səsləşən «Təzadlar», «Rəmzlər», «Mənalar», «Mütləqilik», «Olan və Olmayan», «Varlıq – Yoxluq», «Ruhani Xətt», «Münasibətlər», «Hallar» Əsərləri yer alıb.

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button