ADR yenidən Ədliyyə Nazirliyi yolunda

adr

xural.com xəbər verir ki, 19 aprel 2016-cı ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) növbəti toplantısı keçirilib. Toplantıda görülmüş işlər və qərarların icrası, ölkədə mövcud ictimai-siyasi vəziyyət, təşkilatı məsələlər, Məclisə hazırlıq, ADR Hərəkatının dövlət qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə təkrar müraciət və cari məsələlər müzakirə olunub. ADR Hərəkatının sədri ötən iclasdan keçən dövr ərzində görülmüş işlər barədə çıxış edərək İH üzvlərini Bakı şəhər və işğal altında olan rayon təşkilatlarının sədrlərinin iştirakı ilə keçirlmiş tədbir, Füzuli, Cəbrayıl, Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşlər, Salyan, Cəlilabad və Masallı rayonuna səfər barədə məlumatlandırıb. Gündəliyin bu məsələsi ilə əlaqədar Qubad İbadoğlu İH üzvlərini Bakıda aparıcı ölkələrin (ABŞ, Avropa Birliyi, Böyük Britaniya, İsçev və Norveç) diplomatik korpusların başçıları ilə keçirdiyi görüşlərə dair məlumatlandırıb. İH-nin iclasında Qubad İbadoğlu həmçinin ölkədə mövcud ictimai-siyasi proseslər haqqında geniş məruzə edib. Məruzə ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Qarabagda hərbi əməliyyatlar bitəndən sonra AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında təşkil olunmuş aksiyalara görə hakimiyyət orqanları kəskin qınanılıb və xüsusilə də indiki həssas dövrdə belə yanaşma qəti olaraq pislənilib.
Gündəliyin təşkilatı məsələlər hissəsində ADR Hərəkatının qadın və gənclik qollarının fəaliyyətinə dair hazırlanmış Əsasnamə layihəsi müzakirəyə çıxarılıb və regionlara növbəti səfərlərin qrafiki müəyyənləşdirilib. İH Ali Məclisin noyabrın 1-ci on günlüyündə keçirilməsinə qərar verib. Bununla əlaqədar olaraq Məclisin komissiyaılarının formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, Məclisdə “İqtisadi siyasət və sosial rifah”, “Elm və təhsil”, “Tibb və ekologiya”, “Qarabag və işğal altında olan rayonlarla iş”, “İnsan haqları”, “Avrointeqrasiya” Komissiyalarının yaradılması təklifi ilə çıxış etsin. Bununla yanaşı, Məclisdə “Demokratiya keçid üçün Yol Xəritəsi”nin təqdim olunması və formalaşdırılacaq komissiyalarda digər konseptual fəaliyyətə start verilməsi də qərarlaşdırılıb. İH Ədliyyə Nazirliyinin ADR Hərəkatının qeydiyyatı ilə bağlı imtina məktubunu bir daha müzakirə edərək, təkrar müraciəti məqsədilə hazırlanmış sənədləri nəzərdən keçirib və onun imzalanaraq yenidən təqdim olunmasına qərar verib. Sonda cari məsələlərə baxılıb. Cari məsələlərdə mayın ortalarında ADR Hərəkatının təşəbbüsü ilə “Çağdaş səhiyyənin durumu: mövcud problemlər və çıxış yolları” mövzusunda mütəxəssislərin iştirakı ilə Dəyirmi Masa müzakirələrini təşkili planlaşdırılıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button