Erkin Qədirli hava limanında saxlanıldı

İyunun 17-də REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Bakı aeroportundan xarici ölkəyə buraxılmayıb. E.Qədirli Facebook səhifəsində yazır ki, bu gecə Türkiyəyə istirahətə gedəcəkdi.

“Bakı hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçmişdim (pasrpotuma çıxışa icazə verən möhür vurulmuşdu). Amma sərhədi keçdiyim an məni dayandırdılar. Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən “Ləğv olundu” vurdular və məni geri qaytardılar”, – o qeyd edib.

O, qadağanın kimin tərəfindən və nəyə görə qoyulduğunu sərhədçilərdən öyrənə bilməyib.

“Bilmədiklərini dedilər. Kredit borcum, ödənilməsi üçün nəzərdə tutulmuş qanuni müddətin buraxıldığı cəriməm, vergi orqanlarıyla problemim, məhkumluğum yoxdur, heç bir istintaqa cəlb olunmamışam, məndən iltizam da alınmayıb. Sərhədçilərdən biri, qadağanın “mənim xariclə əlaqələrimə görə” kimi ifadə etdiyi ümumi və heç bir anlam daşımayan gumanı söylədi”, – E.Qədirli yazıb.

O, güman edir ki, bu qadağa “Qanun” nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş REAl-ın flayerləriylə bağlıdır.

“Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş”.

Erkin Qədirli bununla bağlı yazı yazıb. Yazını Xural.com təqdim edir:

“Bu səhər Türkiyə’yə gedəcəkdim (istirahətə). Hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçmişdim (pasrpotuma çıxışa icazə verən möhür vurulmuşdu). Amma sərhədi keçdiyim an məni dayandırdılar. Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən “Ləğv olundu” vurdular və məni geri qaytardılar.
Qadağanın kimin tərəfindən və nəyə görə qoyulduğunu sərhədçilərdən öyrənə bilmədim. Bilmədiklərini dedilər. Kredit borcum, ödənilməsi üçün nəzərdə tutulmuş qanuni müddətin buraxıldığı cəriməm, vergi orqanlarıyla problemim, məhkumluğum yoxdur, heç bir istintaqa cəlb olunmamışam, məndən iltizam da alınmayıb. Sərhədçilərdən biri, qadağanın “mənim xariclə əlaqələrimə görə” kimi ifadə etdiyi ümumi və heç bir anlam daşımayan gumanı söylədi.
Görünür, bu qadağa “Qanun” nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş ReAl’ın flayerləriylə bağlıdır. Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş. AZAL’ın hava limanındakı ofisi bileti geri götürməkdən imtina etdi. Gərək indi bunlara görə məhkəməyə şikayət edim. İşimiz var.”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button