“4 il yarımdan sonra Azərbaycan desə ki, sülhməramlıları istəmir, Rusiya oradan çıxmalı olacaq…”

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatını müddətsiz etmək lazımdır, indiki halda mandatın beş illik müddətlə məhdudlaşdırılması problem yaradır. Virtualaz.org xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “Rossia Today” və “RİA Novosti”-yə müsahibəsində belə deyib.

Köçəryanın fikrincə, Qarabağda iri toqquşmaların olmaması onu göstərir ki, tərəflər Rusiyanın sülhməramlı missiyasını hörmətlə qarşılayırlar. Və sülhməramlı kontingent elə işləyir ki, özünə hörmət qazanır.

“Hələlik mənzərə bax belədir. Lakin sülhməramlıların mandatı zamanla məhdudlaşdırılıb-5 il. Və bu ən böyük problemdir. Yaxşı olardı ki, mandat müddətsiz olsun, müddət göstərilməsin. 4 il yarımdan sonra Azərbaycanın haqqı var ki, sülhməramlıların mandatının uzadılmasına qarşı olduğu haqda Rusiyanı xəbərdar etsin. Və Rusiya bu bəyanata əsasən, oradan getməli olacaq”,-Robert Köçəryan belə deyib.

O, hesab edir ki, müddətin məhdud göstərilməsi “qeyri-müəyyənlik yaradır” və həm Ermənistanda, həm Dağlıq Qarabağda adamlar öz addımlarını uzunmüddətli perspektiv üçün planlaşdıra bilmirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button