Eynulla Fətullayev evlənir

eynulla fətullayev

Eynulla Fətullayevin atası Emin Fətullayev ailənin toya hazırlaşdığını deyib

“Qafqazinfo”-nun məlumatına görə, o, “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hazırda ailənin, valideynlərin qarşısında dayanan yeganə məqsəd budur. “Hazırda Eynulla Fransada səfərdədir, daha sonra Londona və Nyu-Yorka getməlidir. Səfərləri yekunlaşdıqdan sonra toyla bağlı onunla ətraflı danışacağıq”.

Oğlunun əfv olunmasına da münasibət bildirən Emin Fətullayev deyib ki, bütün dünya bilirdi ki, o günahsızdır. “Mən də ilk gündən bu məsələnin ölkə daxilində həllini istəyirdim. Arzulamırdım ki, bu məsələ Avropa Məhkəməsinə qədər gedib çıxsın, oğluma görə Azərbaycanın adı neqativ hesabatlarda yer alsın”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button