Milli Təşəbbüs Qrupu 21 Azər hərəkatını andı (II-sonuncu hissə)-TƏDBİR&VİDEO

Xural.com 12 dekabrda BMM-də keçirilən tədbiri bütünlüklə videolentə köçürüb. Tədbirin II-sonuncu hissəsini yayınlayırıq. 
II-sonuncu hissə

Beynəlxalq Mətbuat Mərkəzində Milli Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “21 Azər Hərəkatı”na həsr edilmiş tədbir keçirilib. Tədbirin aparıcısı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib ki, siyasi fəaliyyətlə məşğul olmayan və yalnız xalqın milli dəyərlərini, millətin problemlərini müzakirə etmək olan Milli Təşəbbüs Qrupu 1945-ci ildə Güney Azərbaycanda qurulmuş Milli Hökumət tarixinə nəzər salmaq, orada bu gün yaşanan problemlərə nəzər salmaq niyyətindədir.
İlk öncə Güney Azərbaycan Milli Hərəkatının tarxinə həsr edilmiş və Seyid Cəfər Pişəvərinin çıxşının yer aldığı videoçarx nümayiş etdirilib. Daha sonra həm Güney Azərbaycan, həm də Quzey Azərbaycanda Vətən yolunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli Güney Azərbaycan Milli Hökumətinin tarixindən danışaraq bildirib ki, ömrü az olmasına baxmayaraq, bu gün də Güney Azərbaycanda xalq həmin tarixi sayğı ilə anır.
Qeyd edək ki, 12 dekabr 1945-ci ildə, Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti qurulub. Daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti çox böyükdür. Hərəkatən adı İran təqvimi ilə 21 Azər ayında, 12 dekabrda baş verməsinə görədir. Hökumət Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulub.
Güney Azərbaycanda ötən əsrdə 21 Azər inqilabına qədər Xiyabaninin, Səttar Xanın rəhbərlik etdiyi böyük xalq hərəkatları olub. Hər üç hərəkatın sonu qanla nəticələnib, yəni soydaşlarımızın haqqları xain və 3-cü tərəfin müdaxiləsi ilə əllərindən alınb. Ümumiyyətlə, 21 Azər hərəkatının tarixi missiyasi təkcə Azərbaycan üçün yox, eləcə də Şərq aləmi üçün örnək ola biləcək hadisədir.
Güney Azərbaycan Milli Hökuməti ABŞ və Böyük Britaniyanın İran şahına dəstəyi və SSRİ-nin Pişəvərini aldatması ilə Milli Hökumət 12 dekabr 1946-cı ildə beşikdəcə boğuldu. Güney Azərbaycan işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi və sürgünə göndərildi.
Milli Hökumət devrildikdən sonra Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəlib. Onlar Azərbaycanın 34 rayon və şəhərində yerləşdirilib. İrandan gələn mühacirlərin yerləşdirilməsi ilə məşğul olan Pişəvəri 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasına düşür və xəstəxanada da müəammalı şəkildə vəfat edir. Silahdaşları Pişəvərinin Stalinin başçılıq etdiyi kommunist rejimi tərəfindən xəstəxanada zəhərli iynə vurularaq öldürüldüyünü deyir. Çünki avtomobil qəzası zamanı o, yüngül xəsarət alıbmış və özünü normal hiss edirmiş. Seyid Cəfər Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.
15349609_10202664711734676_7435516832641893688_n15355635_10202664709254614_4978495841844344612_n15355722_10202664708814603_7171926256775624188_n-115400305_10202664709774627_1167626681094734025_ndsc06796sam_2874sam_2875sam_2877sam_2878sam_2880sam_2881sam_2882sam_2883sam_2884sam_2887sam_2889sam_2891sam_2892sam_2894sam_2896sam_2898sam_2906
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button