Simasız quldurlar…

Mirzə Sakit


Vaxtilə YAP-da olan YAP-ın yeganə ozanı Sirus Təbrizliyə
ithafən…

Gəl sənə söyləyim ay Sirus kişi,
Yamanca bəd gedir dövran gərdişi
Dünyanın beynində qalxmaq vərdişi,
YAP da öz yerində yatmağındadır
Simasız quldurlar batmağındadır

Bizdə sular qızıb, şahda mey sərin,
Keflənib kölgədə oğlu Qeysərin,
Əhli-əyanları qaban peysərin,
Bir milyon manata satmağındadır
Simasız quldurlar batmağındadır

İlham xoflu qalıb söz şəkliyində,
Böyründə beş-on zat təlxəkliyində,
Sanırlar Tanrıdır öz təkliyində,
Fironluq həddinə çatmağındadır
Simasız quldurlar batmağındadır

Gedibdi hay-hayı, qalıb vay-vayı,
Cədvəldə beş yüz min saxta YAP sayı,

Qıcqırmış Kardinal alıb ox-yayı,
Tuşlayıb millətə atmağındadır
Simasız quldurlar batmağındadır.

Tələsmə Təbrizli, “Tələsmə Gizir”,
Umduğun kəslərdə vicdan nə gəzir,
Boş saray qalacaq, bir də şah-vəzir,
Hələ ki pul başın qatmağındadır
Simasız quldurlar batmağındadır.

“YAP simasız quldurlar partiyasıdır”

Sirus Təbrizli

 

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button