5 aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır

Beynəlxalq aləmdə pandemiya elan olunduqdan sonra sərhədlər bağlanaraq uçuşlar ləğv olunmuşdu. Həmçinin turizm şirkətlərinə biletlərin satışı dayandırılmışdı. Mart-iyul ayları ərzində uçuşlar təxliyyə məqsədilə olaraq həyata keçirilirdi.

Baku.tv xəbər verir ki, artıq 5 aylıq fasilədən sonra bütün turizm şirkətləri bilet satışını pandemiyadan öncəki qaydada, ofline formada həyata keçirməyə başlayacaq.

Artıq tərkibində bilet olan turpaketlər də hazırlanır. Azərbaycan turizm agentlyi assosiasiyası tərəfindən təklif olaraq verilib ki, testin nəticəsi neqativ olan bütün şəxslər xarici ölkələrə səyahət edə bilsinlər.

Türkiyənin Antalya və Bodruma şəhərlərinə də birbaşa uçuşlar bərpa oluna bilər. Onu da deyək ki, avqustun 1-dən etibarən həm də London və Berlin şəhərlərinə həftədə 1 dəfə olmaqla aviareyslərə icazə veriləcək. Bundan başqa, Dubay və Minsqə uçuşların bərpası da istisna edilmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button