5 iyul hadisələrinə görə saxlanılanların sayı artır

Xatırladaq ki, iyulun 5-də Gürcüstanda jurnalistlərə qarşı zorakılıq səbəbindən saxlanılanların sayı artır. Paytaxtda aksiyalar zamanı zorakılıq törətməkdə təqsirli bilinən daha 1 nəfər saxlanılıb.

İstintaq məlumatlarına görə, həmin tarixdə “Tbilisi Pride”a qarşı aksiyalar zamanı təqsirləndirilən şəxs öz vəzifə borcunu yetirən operatoru təhqir edib və ona qarşı zorakılığa əl atıb.

29 yaşlı bu şəxs ölkənin Cinayət Məcəlləsinin üç maddəsi əsasında ittiham olunur və o, 6 il müddətinə qədər azadlıqdan məhrum edilə bilər.

Bildirilir ki, digər təqsirli şəxslərin təyin edilməsi və saxlanması istiqamətində işlər davam edir.

Qeyd edək ki, 5 iyul hadisələri ilə bağlı bu günə kimi 20 nəfərin şəxsiyyəti müəyyən edilib və saxlanılıb. Qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button