“5 milyon manatlıq torpaq sahələri hazırda Alışanovun mülkiyyətindədir”

AzTV sədri özünə və yaxınlarına qarşı sui-qəsd ittihamı üzrə məhkəməyə gəlmədi, istintaqa ifadəsi elan edildi

“İstintaqa ifadəsində Alışanovun sadaladığı dəyəri 5 milyon olan 100-lərlə torpaq sahələri hazırda Alışanovun mülkiyyətindədir və bununla bağlə notarial alqı-satqı müqaviləsi var. Biz dövlət notariusuna yox, Alışanovun ifadəsinə inanmalıyıq? Alışanovun şahidləri ya qohumları, ya da işçisi Camaldır. Halbuki onların heç biri Şamaxıda oımayıb, pul veriıməsində, alqı-satqıda iştirak etməyib”.
24saat.org xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərovun vəkili İmanqulu Həsənov deyib.
Bu iş üzrə Ş.Əkbərovla yanaşı Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov da təqsirləndirilir.
İyulun 4-də keçirilən prosesdə hakim təqsirləndirilən Qoçalı Cəbiyevin barəsində tibbi ekspertiza keçiriıməsi barədə vəkilinin ötən prosesdə cerdiyi vəsatətə tərəflərin münasibətini öyrənib. Vəkillər və təqsirləndirilən şəxslər razı olduqlarını bildiriblər. Prokuror ekspertizaya ehtiyac olmadığını bildirib. Hakim vəsatəti təmin etməyib.

Daha sonra hakim bildirib ki, Alışanovun və qızının məhkəmədə iştirakı ilə bağlı dəvət gömdərilib. “Arif Alışanovun məhkəməyə teleqramı daxil olub ki, prosesdə iştirak edə biıməyəcəklər və istintaqa ifadəsini təsdiq etdiyini bildirib”.

Vəkil İmanqulu Həsənov isə bildirib ki, Alışanov və qızı iştirak etməsə, proses davam edə bilməz və ifadələrin elan ediıməsinə etiraz edib.

Təqsirləndirilən Ş.Əkbərov bildirib ki, əsas şahid kimi ikinci həyat yoldaşı Lalənin dindirilməsini istəyir. Hakim isə deyib ki, qanunun tələbinə görə, zərərçəkənlər məhkəmədə iştirak etmədiyinə görə, ifadələri elan edilməlidir.

Daha sonra A.Alışanov və qızı Nigarın istintaqa ifadəsi elan edilib.

A.Alışanov istintaqda bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin kənd təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsinin zəruri olması ilə bağlı göstərişlərindən sonra kənd təsərrüfütı ilə məşğul olmaq qərarına gəlib: “2012-ci ildə mən, qardaşım Habil, yeznəm Vidadi Cəfərov, qayınlarım Etibar, Natiq Bağırovları da Şamaxı rayonunun ərazisində vətəndaşlardan pay torpaq sahələrinin alınmasına və kənd təsərrüfatı ilə məşğul olmağa cəlb edib Şüyayət Əkbərovdan torpaqların yerli sakinlərdən satın alınmasında mənə köməklik etməsini xahiş etdim. Şücayət Əkbərov vasitəsi ilə vətəndaşlardan pay torpaq sahələrini almağımın əsas səbəbi ondan ibarət idi ki, Şüyayət yerli sakin kimi kənd çamaatı ilə tez dil tapıb həmin sahələri ala bilirdi. Qeyd olunan torpaq sahələrinin sahibləri ilə kənardan gəlmiş hər hansı bir şəxs danışıq aparsaydı ola bilərdi ki, torpaqların alınmasına nail ola bilməzdi. Həmin vaxtlardan çox saylı torpaq sahələri mənə göstərilmiş və müxtəlif vaxtlarda, müxtəlif şəxslərin yanında Şücayət Əkbərova göstərdiyi torpaqların yerli sakinlərdən alınması üçün külli miqdarda pul vəsaitləri vermişdim.
2016-cı ilin dekabr-2017-ci ilin yanvar aylarında mən təxminən 4-5 dəfə Şamaxı rayonuna getmişəm. Biz Şücayətlə danışmışdıq ki, sürücüm Hacı Babayevin adına pulunu verib aldığım torpaq sahəsi rəsmiləşdirmək üçün yaxın günlərdə biz Şamaxıya gedəcəyik. 2016-cı ilin dekabr ayının 13-də mən qızım Nigarla birlikdə sürücüm Hacı idarə etdiyi «Toyota Land Cruiser 100» markalı avtomaşınla günorta saatlarında Şamaxıya yollandıq”.

Alışanov yazıb ki, Şücayətin Mədrəsə qəsəbəsindəki həyətində iki nəfər tanımadığı adam görüb, onların kim olduğunu soruşanda isə Şücayət usta olduqlarını bildirib. “28 dekabr 2016-cı il tarixdə mən Şücayətlə danışdığımız kimi bacım oğlu Dəyanət Cəfərov və sürücüm Hacı Babayevlə birlikdə «Toyota Land Cruiser» markalı avtomaşınla Şamaxı rayonuna gəldim. Biz Şamaxı rayonu Çuxuryurd kəndindəki «Dörd yol» deyilən Qaleybuğurd kəndinin döngəsinə çatanda Şücayətin orada idarə etdiyi «NİVA» markalı avtomaşını ilə durduğunu gördük. Biz maşından düşüb Şücayətlə görüşdükdən sonra mən hiss etdim ki, Şücayət mənim tək olmamağıma əsəbiləşir və hesab etdim ki, sonuncu məni qohumlarıma qısqandığı üçün Dəyanətin mənimlə olmağıma belə reaksiya verir. Ona görə də mən Şücayət Əkbərov idarə etdiyi VAZ 2121 «NİVA» markalı avtomaşının qabaq sərnişin yerinə əyləşdim və biz Şamaxı şəhəri istiqamətində maşınla düşməyə başladıq. Həmin vaxt sürücüm Hacı Babayev isə idarə etdiyi avtomaşınla bacım oğlu Dəyanətlə dirlikdə bizim arxamızca avtomaşınında hərəkət edirdi. Şücayət idarə etdiyi «NİVA» markalı avtomaşını aşağı surətlə sürürdü. Birdən mən arxadan maşınların biri-birinə dəyməsi səsini eşitdim və arxaya çönüb gördüm ki, ağ rəngli, nömrə nişanlarını xatırlamadığım «NİVA» markalı avtomaşın sürücüm Hacı idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomaşınla toqquşub yolun kənarına aşıbdır, Hacı isə idarə etdiyi avtomaşını yolun kənarına verib saxlayıbdır.
Şücayət maşını saxladı və biz çönüb yol nəqliyyat hadisəsi baş verdiyi yerə qayıtdıq. Mən gördüm ki, Hacı idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomaşının sağ tərəfin qapılarının ikisi və arxa bamperi əzilib, «Niva» avtomaşınının isə qabaq sağ qanadı, damı, qabaq buferi əzilibdir. Biz köməkləşib aşaraq əzilmiş «NİVA» markalı avtomaşınından onu idarə edən şəxsi çıxardıq. Dəyanət qəzaya düşmüş şəxsdən sərxoş olub-olmamasını, nə üçün qəza törətdiyini soruşdu. Həmin aşmış «NİVA» avtomaşınının sürücüsü, sonradan adını bildiyim Zöhrab Şirinov başını aşağı saldı. Həmin vaxt Şücayət ona baxaraq dedi ki, «…Mən səni haradansa tanıyıram. Sən usta işləmirsən ki?» Həmin şəxs usta işləməsini təsdiq etdi və idarəetməni itirdiyi üçün «Toyota Land Cruiser» markalı avtomaşınımıza dəydiyini, ayağı əzildiyini bildirdi. Həmin vaxt mən aşmış avtomaşının sürücüsü Zöhrab Şirinovdan şübhələnmədim və biz Şücayətlə sonuncunun idarə etdiyi avtomaşınında həmin qəzaya düşmüş şəxsi Şamaxı xəstaxanasına gətirib düşürdükdən sonra çıxıb Mədrəsə qəsəbəsinə getdik. Həmin vaxt mən heç şübhələnmədim ki, Şücayət Əkbərovla Zöhrab Şirinov belə yaxından tanışdırlar və sonuncuya bizi öldürmək sifarişini məhz Şücayət Əkbərov vermişdir. Həmin gün, yəni 28 dekabr 2016-cı il tarixdə biz Bakı şəhərinə qayıdanda yolda bacım oğlu Dəyanət Cəfərov mənə dedi ki, bizim maşını həmin «Niva» markalı avtomaşın qəsdən vurmuşdur, lakin mən Dəyanətin bu sözlərinə həmin vaxt əhəmiyyət vermədim”.

AZTV sədri qeyd edib ki, Şücayət Əkbərov Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu mənə göstərmək adı ilə həmin əraziyə apararaq ona sui-qəsd etmək istəyib. O vurğualyıb ki, 11 yanvar 2017-ci il tarixdə bacısı oğlu Dəyanət Cəfərovla birlikdə Şamaxıya gedərək əraziyə baxmaq istəsələr də, alınmayəb və bu səbədlən sui-qəsd planı baş tutmayıb.

Növbəti səfər isə 14.01.2017-ci il tarixdə baş tutub. “Həmin gün Şamaxıya getməyimizin səbəbi Şücayətin pulunu verdiyim torpaq sahələrindən sürücüm Hacı Babayevin adına alqı-satqı ilə rəsmiləşdirməsi olmuşdur və bununla bağlı Şücayətlə əvvəl danışmışdıq. Həmin gün günortadan sonra biz Şamaxıya çıxanda saat təxminən 1330 radələrində Şücayət sürücüm Hacının telefonuna zəng edib danışdı və biz Şamaxı istiqamətində yolumuza davam etdik. Saat təxminən 15 radələrində biz Şamaxı rayonuna çatanda Hacı və Dəyanət mobil telefonları ilə Şücayətin bir neçə mobil telefon nömrəsinə zəng etmələrinə baxmayaraq telefona heç kəs çavab vermədi. Biz Şamaxı şəhərinə çatıb bir neçə dəfə də Şücayətə zəng etməyimizə baxmayaraq onun telefonu açmadığını görüb Hacı istifadəsində olan mobil telefon nömrəsi ilə Şücayətin sürücüsü Aqşın Hüseynovun bilmədiyim telefon nömrəsinə zəng edib Şücayətin harada olmasını soruşduqda o, bildirdi ki, polis əməkdaşları Şücayəti tutublar və hazırda onu Mədrəsə qəsəbəsindəki evinə aparırlar. Mən Şücayətin nəyəsə görə polis tərəfindən tutulduğunu eşidəndən sonra biz çıxıb Bakıya qayıtdıq.

Sonradan mənə məlum oldu ki, Şücayət Əkbərov məni və mənimlə olan şəxsləri qızımı və bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istəmişdir. Şücayət Əkbərovun məni qətlə yetirilməsi üçün kimlərləsə əlaqəyə girib məni öldürmək istəyinin məqsədi onun məndən götürdüyü külli miqdarda pulları mənimsəmək niyətinin olması idi” – Alışanov istintaqa deyib.

İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə salmaq istəyiblər. Bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabil Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

Qeyd edək ki, Ş.Əkbəriv ötən məhkəmə proseslərində də bildirib ki, A.Alışanov Şamaxıya gələrkən yanında əvvəlki kürəkəni Fəridin gəzdiyi qız olub və onu dağdan çaya ataraq öldürüb. Təqsirləndirilən iddia edir ki, bu hadisəni bildiyi üçün A.Alışanov onu şərləyərək həbs etdirib.

Arif Alışanovun vəkilləri isə onun dediyini cəfəngiyyat adlandırıb və təqsirləndirilənin özünü müdafiə etmək üçün uydurduğu fikir adlandırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button