50 min manatlıq açıqlama qalmaqal yaratdı – iki nazirlik üz-üzə

Bakıda keçirilən Ticarət festivalı çərçivəsində (Baku Shopping Festival) alıcılara qaytarılan ƏDV-nin miqdarının açıqlanması iki nazirliyi çətin vəziyyətdə qoyub.

BakiPost.az xəbər verir ki, söhbət Mədəniyyət və Turizm Nazirliyi ilə Vergilər Nazirliyindən gedir. Belə ki, nazirliklərin 1 gün fərqlə açıqladığı rəqəmlər arasında ciddi fərq olduğu məlum olub.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dünən jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin festivalın başladığı gündən indiyə qədər alıcılara 350 min manatdan çox vəsaiti geri qaytardığını bildirmişdi.

Vergilər nazirinin müavini İlkin Vəliyev isə bu gün mətbuata açıqlamasında nazirin açıqladığı rəqəmi təkzib edib. O bildirib ki, Baku Shopping Festival çərçivəsində indiyədək alıcılara 300 min manatdan artıq ƏDV qaytarılıb.

Onun sözlərinə görə, bu vəsaitin 95%-i Azərbaycan vətəndaşlarına ödənilib.

Beləliklə, nazirliklərin açıqladığı rəqəmlər arasındakı fərq 50 min manat təşkil edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button