Rubrikalar: CƏMİYYƏT XuralTAC

596 bal “yığıb” ali məktəbə girə bilməyən abituriyent qalmaqalı

Dövlət İmtahan Mərkəzi təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcək.

Virtualaz.org saytı xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 596 bal topladığı iddia edilən Əsgəri İbrahim Əli oğlu əslində yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb. Lakin İbrahimin valideynləri və Kamran Əsədov tərəfindən ötən gün sosial şəbəkələrdə ictimaiyyətə yalan məlumat verilib. Belə ki, abituriyentin 596 bal toplaması ilə bağlı sosial şəbəkədə, mediada yalan xəbərlər yayılıb. “Qaydalara görə, cavab kartlarını yalnız məhkəmə qərarından sonra təqdim edə bilərdik. Məsələ ictimaiyyətləşdiyindən cavabları açıqlamaq istəyirik. Qarşı tərəfin təqdim etdiyi sənədlər saxyalaşdırılıb. Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərər gətirdiyinə görə, təhsil eksperti Kamran Əsədovu məhkəmə verəcəyik. Çünki ondan məsələni təkzib etməyini istəmişdik, ancaq o, bundan imtina edib”-, M. Abbaszadə deyib.

K. Əsədov isə tədbirdə məsələyə münasibət bildirərək abituriyenti və valideynlərini tanımadığını, müraciət əsasında ekspertlərdən yardım istədiyini deyib.

M.Abbaszadə onu da qeyd edib ki, bu günə kimi həmin şəxslər tərəfindəni imtahan nəticələrinin saxta olması ilə bağlı DİM-ə nə ərizə, nə də müraciət daxil olmayıb. Abbaszadə söyləyib ki, cavab kartının saxtalaşdırılmasını xüsusi orqanlar araşdıracaq. Çünki abutiriyentin cavab kartına kənar müdaxilə ola bilməz: “Ola bilər ki uşaq valideynin qorxusundan saxtakarlıq etsin. Biz dəfələrlə belə hallarla rastlaşırıq. Bəlkə də kimsə onları aldadıb. Buna görə də valideynlərə məsləhət görürük ki, şəxsi kabinetdəki məlumatları üçüncü şəxsə verməsinlər. Konkret bu məsələdə məhkəməyə müraciət edəcəyik, çünki DİM saxtalaşmada maraqlı deyil”.

Abbaszadə sonra ali təhsil müəssisələrində boş qalan yerlər haqda məlumat verib. Onun sözlərinə görə, təxminən 5008 plan yeri boş qalıb. 1 qrupda 540 və ondan yuxarı bal toplayanlar ali məktəblərə qəbul olunub. 520-530 bal toplayaraq qəbul olmayan cəmi 1 abituriyent var.

DİM sədri həmçinin qeyd edib ki, bu il Tibb Universitetində plan yerləri azalıb. Buna baxmayaraq 610 və ondan yuxarı bal toplayan abituriyentlərin hamısı qəbul olunub. Qeyd edilib ki, ali məktəblərdə boş qalan yerlərə qəbul bu gündən elan olunacaq.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM