600 vakant direktor vəzifəsinə 1700 namizəd var

Təhsil nazirliyi

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə təyin olunmaq üçün elektron ərizələrin qeydiyyatına martın 18-dən başlanılıb və bu günə qədər 600 vakant yerə 1700 nəfər elektron ərizə ilə müraciət edib.

Xural.com Təhsil Nazirliyinə istinadənn xəbər verir ki, ərizələrin qəbulu martın 31-dək davam edəcək. Ərizəsi təsdiq olunmuş namizədlər üçün növbəti mərhələ aprel ayında baş tutacaq.

Yeni qaydalara əsasən, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək:

“Qeyd olunan göstəricilərə malik olan şəxslər müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər bu səhifəyə – http://miq.edu.az/direktorlar/ -daxil olmalıdırlar.

“Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müraciət edə bilərlər. “Uğur sertifikatı” olan şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər”. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button