Rubrikalar: CƏMİYYƏT

162 saylı məktəbin direktoru ev dustaqlığına salınıb

Bakı şəhəri, Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi Elina Hacıyevanın intihar etməsi faktı ilə bağlı həmin məktəbin direktoru işləmiş Sevinc Abbasova barəsində Səbail rayon məhkəməsi ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu barədə Bakı şəhər prokurorluğunun məlumatında deyilir.

Məlumata görə, aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiyi, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətinin ehtiyatsızlıqdan onun ölümünə səbəb olduğu, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etmədiyi müəyyən edilib.

Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın ötən həftə (aprelin 4-də) özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilir.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət olduğu qeyd edilir.

Paylaş:

This post was last modified on 17 Aprel 2019 5:49 axşam

Share

Son Əlavələr

“MƏN OXUDUM, SƏN DƏ OXU!” – FOTO/VİDEO

Son vaxtlar uşaq və gənclərin ənənəvi mütaliəyə meyli azalıb. Onların getdikcə kitab oxumaqdan uzaq düşməsi şübhəsiz ki, cəmiyyətə yaxşı heç…

23 May 2019 1:13 axşam

“HAQQINA SAHİB ÇIX!” kampaniyası çərçivəsində jurnalistlər üçün təlim olacaq-31 may-02 iyun!

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən təşkil olunan “HAQQINA SAHİB ÇIX!” KAMPANİYASI çərçivəsində jurnalistlər üçün reproduktiv sağlamlıq və hüquqlar…

23 May 2019 11:44 səhər

Qəbul imtahanında maksimum bal yığan abituriyentin kimliyi məlum olub-FOTO

Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin şagirdi Tofiq Muxtasanov I ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə əldə edib.…

23 May 2019 11:23 səhər

Türkiyə uğrunda böyük savaşın yeni raundu-23 iyun seçkiləri

Ergün Diler “Takvim”, Türkiyə, 21 may 2019-cu il   Bəzi ağıllı insanlar, ailələr və mərkəzlər var ki, dünyanın gedişatını dəyişdirmək…

23 May 2019 11:07 səhər

“Eurovision-2019″da səslər yenidən sayıldı: Azərbaycan 8-ci yerə düşdü

İsrailin Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları tamaşaçı səslərinin nəticələrini yenidən hesablayıblar. Bu barədə Avropa Yayım Birliyi (EBC)…

23 May 2019 11:04 səhər

Fuad Abbasov mayın 28-dən öncə ekstradisiya oluna bilər: Vəkilindən son məlumat

“Fuad Abbasov mayın 28-dən öncə Azərbaycana ekstradisiya edilə bilər”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri…

23 May 2019 11:01 səhər
Xural.COM