Qeyri-sabit hava şəraiti davam edir

Qeyri-sabit hava şəraiti noyabrın 25-dək davam edəcək.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, noyabrın 21-dən axşam saatlarından ölkə ərazisində hava şəraitində dəyişiklik müşahidə olunur:

“Ölkə ərazisinə arabir yağış yağır, Böyük Qafqazın bəzi yerlərində intensiv xarakterli olub. Bu hava şəraiti noyabrın 25-ə kimi davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq”.

Gülşad Məmmədova qeyd edib ki, faktiki hava barədə də məlumat verib:

“Ölkə ərazisində düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 1-19, Gəncə-Qazax zonasında 1-4, Mərkəzi Aran rayonlarında 1-3 mm olub”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button