Məcburi köçkünlərə yardımlar verilib…

İllərdən bəri qaçqın və az təminatlı ailələrdən dəstəyini əsirgəməyən «Tərəqqi» Sosial İnkişaf İçtimai Birliyi («Tərəqqi» SİİB) yenə də öz yardımına davam edir. Təşkilat bir sıra xarici təşkilatların köməkliyi ilə başqa-başqa ərazilərdə yaşayan qıçqınlarla görüşlər keçirir, xarici təşkilatlar tərəfindən köməklik olunan yardımların qaçqınlara paylanması üçün əlindən gələni əsirgəmir. Bu dəfə isə ABŞ-ın «Konterpart» Beynəlxalq Humanitar təşkilatının ayırmış olduğu humanitar yardım «Tərəqqi» Sosial İnkişaf İctimai Birliyi vasitəsilə 15 dekabr 2010-cu ildə Bakı şəhərində yerləşən Şinzavodunun ərazisində məskunlaşmış köçkünlərə, daha sonra 17 idekabr 2010-cu ildə isə Qubadlı İcması tərəfindən məcburi köçkünlərə paylanıldı. Humanitar yardımın paylanılmasında «Tərəqqi» təşkilatının direktoru Telman Dadaşov, təşkilatın əməkdaşları Şərqiyyə Dadaşova, Güllü Əsədova, N.Pənahova yaxından iştirak ediblər. Məcburi köçkünlərə humanitar yardım paylanmazdan öncə təşkilatın direktoru Telman Dadaşov məcburi köçkünlərə həm «Tərəqqi» SİİB haqqında, həm də bu yardımın verilməsində xüsusi köməyi olan ABŞ-ın «Konterpart» təşkilatı haqqında məlumat verib. Təşkilatın direktoru çıxışında «Tərəqqi» təşkilatının hər zaman məcburi köçkünlərin yanında olduğunu, onların problemləri ilə maraqlandığını və həmçinin gələcəkdə də bu kimi yardımların təşkil olunmasında öz köməkliyini göstərəcəyini bildirib. Tədbirin sonunda təşkilat rəhbəri və əməkdaşları məcburi köçkünlərə ayrılmış humanitar yardımı onlara paylayıblar.

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button