Sabiq baş nazir: “General İskəndər Həmidovun təşkil etdiyi tədbiri aktual və faydalı sayram…”

Xəbər verdiyimiz kimi, bu il dekabrın 25-də sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə  “Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri” mövzusunda dəyirmi masa keçiriləcək .
Bununla əlaqədar sabiq baş nazir Pənah Hüseyn öz facebook səhifəsində yazıb:
““Müxalifət Birliyi” məsələsi bu gün mənim fəaliyyətimin prioriteti deyil. Daha açığı, müxalifətin həqiqi, effektiv birliyinin yarana bilməsi üçün çox qısa müddətli keçid dövründə paralel (alternativ yox) müxalifət güc qruplaşmasının formalaşdırılmasının daha faydalı olacağı tərəfdarlarındanam. Strateji əhəmiyyətli taktiki vəzifə isə Qarabağ və demokratiya (rejimi dəyişdirəcək və dövlətin müdafiə qabiliyyətini artıracaq inqilabi islahatlar ) naminə və uğrunda kütləvi xalq hərəkatının başladılması və onun təşkilatlanmasıdır. Bu isə öz növbəsində prosesə siaysi müxalifətdən daha geniş spektrin cəlb edilməsin tələb edir. General İskəndər Həmidovun təşkilatçılığı ilə hazırlanan “Azərbaycanda mövcud ictimai siyasi vəziyyət və müxalifətin vəzifələri” mövzusundakı Dəyirmi Masada da (tədbiri və mövzunu olduqca faydalı sayıram, hamını iştiraka çağırıram və özüm də mütləq iştirak edəcəm. Mənim başa düşdüyüm odur ki, bu Dəyirmi Masada siyasi müxalifət olmayanlar da olacaq.) məhz bu istiqamətdə müzakirələri daha aktual sayıram və təklif edirəm”.
xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button