7  azərbaycanlının Suriyadan repatriasiya olunduğu bildirilir

Yayımlandı: 21 Fevral 2024 11:49

XİN bildirib ki, onlardan 5-i uşaq, 2-si qadındır

Fevralın 20-də Suriyadakı düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 Azərbaycan vətəndaşının repatriasiyasının keçirildiyi bildirilir.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) fevralın 21-də məlumat yayıb.

Nazirlik qeyd edib ki, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, daha sonra onların Türkiyəyə keçidi təşkil olunub:

“İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub”.

XİN. Foto: Wikipedia

 XİN repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutduğunu bildirib.

Həmçinin Azərbaycan hökumətinin xarici ölkələrdə silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşların repatriasiyası üçün zəruri tədbirlərin davam etdiriləcəyini əlavə edib.

Sonuncu dəfə 2023-cü ilin noyabrın 21-də Suriyadakı düşərgələrdə saxlanılan 8-i uşaq və 4-ü qadın olmaqla, 12 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilmişdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button