Rubrikalar: KÖŞƏ YAZARLARI XuralTAC

Sabir Rüstəmxanlıdan rusdillilərə sərt etiraz…

Xalq şairi, Azərbaycan Dil Qurumunun başqanı, sabiq millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan cəmiyyətinin ana dilində danışmayan hissəsi ilə bağlı növbəti narahatlığını dilə gətirib.

Xural.com strateq.az-a istinadən xalq şairinin “Facebook” səhifəsində dərc etdiyi “İstanbuldan Bakıya uçan rus təyyarəsi” başlıqlı həmin yazısını təqdim edir:

***

İstanbul və Bakı arasında növbəti reyslərdən biri… 2019-cu il, 3 yanvar… Gözləmə salonuna girən kimi tanıyırsan, bəli, bu, bizim camaatdır. Sağdan-soldan salamlaşanlar da çoxdur.

Son vaxtlar daha çox “AZAL”la uçuram. Təyyarə bələdçiləri bu təyyarələrin məxsus olduğu dövlətin dilində anonslarını, yəni təyyarəiçi danışıqlarını da qaydaya salsalar, xidmət də, təyyarələrin keyfiyyəti də, təyyarə kapitanlarının peşəkarlığı da yüksək səviyyədədir. Hələ bizim aeroportu demirəm. Hər dəfə bura girəndə ürəyim dağa dönür. Çox təyyarə meydanı görmüşəm, ancaq bizim hava alanı qədər rahat və gözəl olanını xatırlamıram. İndi də doğma təyyarəmizdəyik və Bakıya uçuruq. Uçanların çoxu ailələrdir, yanlarında uşaqları, yaxınları…

Təyyarə havalanandan sonra məni bir çaşqınlıq bürüdü. Əvvəl elə bildim yanlış olaraq Rusiyaya uçan təyyarəyə minmişəm. Sonra baxdım, yox elə həmin adamlardır: təyyarə meydanında öz aralarında azərbaycanca, daha doğrusu türkcə, hətta İstanbul ağzı ilə danışanlar Bakı təyyarəsinə minən kimi başladılar rusca danışmağa. Allah, Allah, bu Bakıda necə bir özünü bəyənməmək xəstəliyi varsa, bir təyyarəlik havası belə adamları, Mirzə Cəlil demiş, özündən çıxarır və yadlaşdırır. Arxadan, öndən, sağdan, soldan uşaqlar ara vermədən və hay-küylə danışır, qışqırışırlar. Bir kəlmə Azərbaycan- türk sözü eşidilmir. Bəlkə sərnişinlərin hamısı rusdur, ya başqa ölkə vətəndaşlarıdır. Yox, valideynlər öz aralarında yarı-azərbaycanca, yarı-rusca danışırlar və uşaqların adlarını çəkəndə hamısının bizim öz övladlarımız olduqları bəlli olur. Böyüklər yatır, uşaqlar yatmır. Rahat oturmaq mümkün deyil. Bəlkə ancaq mənim ətrafım belədir, şanssızlıqdan bunların arasına düşmüşəm.

Maraq üçün təyyarənin dəhlizində axıra kimi gedib qayıdıram. Uşaqların hamısı rusca danışır. Fikirləşirəm ki, bu təyyarədə türkiyəli qardaşlarımız, kənar ölkələrdən olan qonaqlar da var, bəs onlar çaşıb qalmırlar, demirlər ki, axı biz Rusiyaya yox, Azərbaycana uçuruq? Axı ora da müstəqil bir ölkədir, oranın da, deyəsən, öz dili var. Bəs bu adamlara nə olub, bunların dilinə nə olub, bəs bunlar hansı xəstəliyə düçar olublar ki, özlərinə, dillərinə bu qədər nifrət edirlər, uşaqlarına 30 il bundan qabaq qopduqları və qopmaq ərəfəsində də bunların qanını tökmüş, bu gün də qonşu düşmən ölkənin əli ilə bu qanı tökməkdə davam edən Rusiyanın dilindən əl çəkə bilmirlər? Adam xəcalətindən havalanır. Təyyarə tez çatsın, tez çıxım bu dil xəyanətkarlarının arasından.

Bəli, dövlət dilindən imtina da elə dövlətin torpağından imtina kimi bir şeydir; bu da satqınlıqdır. Xarici dilləri öyrənmək vacibdir, lakin bu, ana dilini bilməmək, ana dilində oxumamaq, ana dilindən imtina səviyyəsindədirsə, mənə görə, bu, dövləti cinayətdir. Uşaqlara baxıram. İlahi, bu qədər gözəl övladlarımızı niyə bizdən qoparır, niyə bizə yad edirlər? Onsuz da Azərbaycanda qəsdən uşaq artımının qarşısı alınır, olanların da bir hissəsi Azərbaycan ruhundan qoparılırsa, bizim axırımız nə olacaq?

Valideynlərin çoxu iradəsiz və şərait əsiridir. Bunu anladıq, ancaq bu durumun əsas səbəbkarı onlar deyil. Dövlət üçün, millət üçün belə aşağılayıcı və təhqiramiz durumun əsas səbəbkarı rus məktəblərinin sayını ildən-ilə artıran və bununla qürur duyan Azərbaycan hökuməti və onun təhsil siyasətidir. Bu siyasətin bizi hara apardığını dəfələrlə yazmışıq. Qoy bunu özünə sayğısı olan və uşaqlarının məktəb yaşı çatan hər bir vətəndaş düşünsün. Düşünsün və… heç bir nəticə çıxarmasın!

Paylaş:

This post was last modified on 6 Yanvar 2019 3:49 səhər

Share

Son Əlavələr

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam
Xural.COM