Bəhruz Əliyev prezidentdən əfv istədi

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilən “Neytral İnformasiya Agentliyi”nin (NİA) baş redaktoru Bəhruz Əliyevin atası İmanqulu Əliyev oğlunun əfv oluması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Xural.com-a daxil olan müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti, Zati-Aililəri Cənab İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ

Azərbaycan Respublikasının birinci Vitse-prezidenti MEHRİBAN XANIM ƏLİYEVAYA

Heydər Əliyev Fondunun Vitse-prezidenti LEYLA XANIM ƏLİYEVAYA

Azərbaycan Respublikası Milli Məclsinin depuatatı, Millət Vəkili, Əfv Komissiyasının üzvü
ELMİRA XANIM AXUNDOVAYA

Əfv Komissiyasının katibi
KƏMALƏ XANIM İSMAYILOVAYA

İmanqulu Əliyev
Ünvan: Netfçala şəhəri, Bakıxanov küçəsi bina 01, mənzil 07,
(tel: (050) 372 72 45)

“ƏFV ƏRİZƏSİ

Hörmətli Cənab Prezident,
Hörmətli Vitse Prezident,

Mən, Əliyev İmanqulu məhkum jurnalist Əliyev Bəhruz İmanqulu oğlunun atasıyam. Oğlum Əliyev Bəhruz 30 may 2018-ci il tarixdə həbs edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli hökmü ilə AR CM-nin 311.3.2. və 311.3.4. maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Oğlum astma-bronxit ağır tipli xəstəsidir, ikinci qrup əlildir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəzasını çəkdiyi müddətdə heç bir intizam pozuntusuna yol verməyib. Əməlindən səmimi peşimançılıq çəkir. Azadlıqdan məhrumetmə cəzası oğlumun səhhətinə həddindən artıq pis təsir edir. Mən və həyat yoldaşım artıq yaşlı insanlarıq və bizə oğlumuzdan başqa baxan heç kəs yoxdur. Oğlumuz həbs edildikdən sonra tamamilə kimsəsiz qalmışıq.

Əfv Haqqında Əsasnaməyə görə ağır cinayətə görə məhkum edilmiş şəxslər cəzasının ən azı yarısını çəkdikdən sonra əfv edilə bilər. Lakin Əfv Haqqında Əsasnamədə eyni zamanda göstərilir ki, əfv bir qayda olaraq həmin əsasnaməyə əsasən həyata keçirilir.

Ölkə Przeidentimizin və onun xanımı Birinci Vitse Prezidentimizin humanistliyi nəticəsində cəzasını yarısını çəkməmiş, hətta hökmü qanuni qüvvəyə minmədən belə əfv edilərək cəzadan azad edilən şəxslərin olduğunun dəfələrlə şahidi olmuşuq. Bu məhz ölkəmizin Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın böyük ürəklərinin olmasının və yüksək humanistliyinin təzahürüdür.

Xahiş edirəm ki, mənim oğlum Əliyev Bəhruz İmanqulu oğlunun cavan olmasını, ağır xəstə olmasını, əməlindən səmimi peşimançılıq çəkməsini, gələcəkdə belə əməllərə yol verməyəcəyini, Sizin etimadınızı daim doğruldacağını, bizim kimsəsiz olduğumuzu nəzərə alaraq oğlum Əliyev Bəhruz İmanqulu oğlunun əfv edilərək cəzadan azad edilməsi barədə sərəncam verəsiniz.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button