Jurnalistə 12 il cəza verdilər!

Jurnalist Mahmud Tağıyev general Kamal Qılıcovun sifarişi ilə həbs olunub

 

Xural.com xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsinin 30 aprel 2019 tarixli hökmü ilə (hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edib), Hacıyev Əfqan Niyyətulla oğlu və Hüseynov Telman Qulam oğlu) jurnalist Mahmud Rasimoğlu Azərbaycan Respublikası CM-nin 182.3.2 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən jurnalistin müdafiəçiləri -vəkillər Cavanşir Süleymanov və Abuzər Mütəllimov tərəfindən 17 may 2019-ci il tarixində apellyasiya şikayəti verilmişdir.
Apellyasiya şikayətində bildirilir ki, qeyd olunan hökm özbaşınalığın qanunsuz məhsuludur, belə ki, cinayət mühakimə icraatının vəzifə, prinsip və şərtlərinə ziddir, falsifikasiyalara, saxtalıqlara, uydurma fikir və fantaziyalara, məntiqi cəhətdən əsassız mülahizələrə, ehtimallara və yolverilməz sübutlara əsaslanıb, müdafiə hüququnun və insan və vətəndaşın digər konstitusion hüquq və azadlıqlarının kobud pozuntuları ilə çıxarılıb.
Qeyd olunan qərar göstərir ki, Mahmud Tağıyevin cinayət təqibi şəxsi sifariş qaydasında həyata keçirilib və məhkəmə bunda bilavasitə iştirak edib.
Şikayətlər yazmağa davam edəcəyi va qarət olunmuş əmlakını tələb edəcəyi təqdirdə 12 il müddətində azadlıqdan məhrum ediləcəyi barədə aldığı hədə-qorxulara uyğun olaraq hər-hansı əsas olmadan Mahmud Tağıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. 20 vərəqdən ibarət hazır hökın 10 dəqiqəlik müşavirə zamanı elan edilmişdir.
Şərlənərək 12 il həbs cəzası alan jurnalist Azərbaycan vətəndaşlığından imtina etməsini bəyan etmişdir.
Bəyanatında Mahmud Rasimoğlu “kars”da ölənəcən müddətsiz aclıq aksiyasını davam edəcəyini, tələbləri yerinə yetirilməyənəcən azadlığa çıxmayacağını, ölənəcən “kars”da qalacağını bildirmişdi.
Jurnalist Mahmud Rasimoğlu həbsinin açıq-aydın sifarişli olunduğunu bildirir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dəhşətli dərəcədə ədalətsiz hökm oxunub. Hökmə əsasən M.Tağıyev sanki qatı cinayətkarmış kimi 12 il müddətə azadlıqdan məhrum edilib. Hakim Fikrət Qəribov məhkəmə iclası başlayandan cəmi 15-20 dəqiqə sonra 12 vərəqli möhürlü sənəddən hökmü oxuyub. Mahmud Rasimoğlu hökmlə bağlı açıqlamasında deyib ki, bu da onu deməyə əsas verir ki, qərar sifarişli olub və əvvəlcədən hazırlanıb. Ümumiyyətlə, əvvəldən axıra kimi birtərəfli aparılan istintaq, məhkəmə prosesi və gözlənilməz hökm bu saxta işin harınlamış məmur sifarişi olduğunu açıq-aşkar göstərir. Ən diqqətəçəkən məqamlardan biri isə odur ki, məhkəmədə prokuror Mahmud Tağıyevə 12 il həbs cəzası verilməsini istəyib, hakim də onun 12 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Bu, Mahmud Rasimoğlu barəsində sifarişli qərar deyil, bəs nədir?! Bununla qanunlara məhəl qoymayan məmurlar görəsən nə etmək istəyirlər?! Onların bir məqsədi ola bilər, o da vətəndaşları dövlətdən incik salmaq, ona qarşı qaldırmaq.

 

Jurnalist ölüm aclığına başlayıb

Həbsxanada “karsa” salınan jurnalist bəyanatında haqsız yerə həbsinə etiraz olaraq Azərbaycan vətəndaşlığından çıxmaq istədiyini və müddətsiz aclıq aksiyasına davam etməsini bəyan edib. Bəyanatında Mahmud Rasimoğlu “kars”da ölənəcən müddətsiz aclıq aksiyasını davam edəcəyini, tələbləri yerinə yetirilməyənəcən azadlığa çıxmayacağını, ölənəcən “kars”da qalacağını bildirib.“Hakim Fikrət Qəribov Azərbaycan dövlətinin adından mənim 12 il azadlıqdan məhrum edilməyimlə bağlı qərar çıxardıb. Mən Azərbaycan dövlətinin mənə qarşı bu ədalətsiz qərarına öz etirazımı bildirərək Azərbaycan Respublikasının vətəndaşlığından imtina edərək digər ölkənin, vətəndaşlığını qəbul etməyə hazıram və qəbul edirəm.” Mahmud Rasimoğlu bəyan edib. Son söz olaraq Mahmud Rasimoğlu bildirib ki, ona qarşı baş prokuror Zakir Qaralovun, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general Kamal Qılıcovun sifarişilə qondarma cinayət işi qaldırılıb və onların sifarişilə ona hakim Fikrət Qəribov tərəfindən 12 il həbs qərarı çıxarılıb. Bu haqsızlığa dözməyərək Mahmud Rasimoğlu (Tağıyev) Azərbaycan vətəndaşlığından imtina edir, bu ölkənin vətəndaşı olmaq istəmir və ölkə başçısından, Ombudsmandan tələb edir ki, onun vətəndaşlığına xitam verilsin və o cəzasını digər ölkədə çəkməyə hazırdır.
Mahmud Tağıyevin işi üzrə məhkəmə araşdırması İnsan hüquqları üzrə Avropa Konvensiyasının 6-ci maddəsinin, CPM-nin 303-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularla kecirilmiş, məhkəmə müdafiə tərəfinin məhkəmə iclas sübutlarını tədqiq etməkdən əsassız olaraq imtina etmiş, protokollarını saxtalaşdırmış, proses zamanı çıxarılan qərarlarla müdafiə tərəfini tanış etməmiş, müdafiə tərəfinin bir sıra vəsatətlərini gizlətmiş, prosesi süni olaraq uzatmışdır.
Hökm, məntiqi, qrammatik və texniki səhvlərlə birlikdə tam şəkildə ittiham aktından köçürülmüş, özü də eyni fikirlər, yolverilən sübutların olmaması səbəbindən bir neçə dəfə təkrarlanır.
Azərbaycan Respublikası CPM-nin 28.5 maddəsinin tələbinə zidd olaraq ittiham tərəfinin sübutları qismində hökmdə məhkəmənin primitiv və məntiqsiz fikirləri və ittihamları hökmda yer alıb, hansılar ki, faktlarla va is materialları ilə tam şəkildə təkzib olunurlar.
Bununla belə, işdə və müvafiq olaraq hökmdə Mahmud Tağıyevin təqsirinin bir dənə də olsun mümkün sübutu yoxdur.
Belə ki, o, cinayətin qurbanıdır, onun əmlakını ələ keçirmiş və qanunsuz cinayət əməlini təşkil etmiş cinayətkarlar isə, istintaqın və məhkəmənin falsifikasiyaları və sui-istifadəlari nəticəsində məsuliyyətdən kənarda qalmışlar.
Hökmdə qeyd olunmuş istisnasız olaraq bütün məlumat, sənəd və əşyalar sübut qismində qəbul oluna bilməzlər, belə ki, falsifikasiya, aldatma və hüquq v saxtalıq, kosntitusion azadlıqların pozulması prosessual hərəkətlərin icrası qaydalarının pozulması və Azərbaycan Respublikasi CPM-nin 95, 125, 126, 128, 134 və digər maddələrinin tələblərinin pozulması hesabına əldə edilib.
Bununla belə bu işdə Mahmud Tağıyevin təqsirsiz olmasının onlarla sübutu var. Lakin onların çoxu iş materiallarının falsifikasiyalar, onlara qanunsuz qiymət verilməsi üzərindən edilən manipulyasiyalar yolu ilə gizlədilmişdir. Mahmud Tağıyevin təqsirsizliyinin əsas sübutlarının üzərindən hökmdə susmaqla keçilmişdir.
Tagsirsizlik prezumpsiyasına zidd olaraq hazırkı prosesdə sübutların yüku müdafiə tərəfinin üzərinə qoyulmuş və o da öz növbəsində ittiham aktında va hökmdə olmayan, lakin qanunsuz olaraq məhkəmə tərəfindən baxılmış fantaziyalarını və mətiqi cəhətdən əsassız fikirlərini təkzib etmək məcburiyyətində qalmışdır.

Keçirilən məhkəmə araşdırması ədalətli olmamış, tərəflərin bərabərliyi və çəkişməsi təmin edilməmiş, mudafiə tərəfinin bir dənə də olsun şahidi dindirilməmişdir.
Bu, müdafiə hüququnu, Avropa insan hüquqları Konvensiyasının 6-cı maddəsinin müddəalarını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali göstərişlərini kobud şəkildə pozur. Məhkəmə açıq-aşkar və qanunsuz olaraq qanunun müddəalarını və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə əhəmiyyət verməyərək öz maraqlarını dovlət maraqlarından üstün tutmuşdur.
Müdafiə hüququ təqsirləndirilən şəxsin öz xahişi ilə ifadə vermək, vəsatətlər vermək, cinayət işinə əlavə edilməsi üçün sübutlar və digər materiallar təqdim etmək, müstəntiq və prokurorun hərəkətlərindən şikayət vermək, ona cinayət prosesi gedişində məlum olmuş hallara qarşı etirazlar verməyi və s. nəzərdə tutur.
Oz növbəsində, ittiham tərəfinin və məhkəmənin vəzifəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsidir, lakin Mahmud Tağıyevin barəsində cinayət işinə baxılarkən qanunun bu hissədə tələbi kobud səkildə pozulmuşdur.
Mahmud Tağıyevin bütün vəsatətləri hər hansı əsaslandırma olmadan qanunsuz şəkildə rədd edilmiş, müdafiə tərəfinin təqdim etdiyi sübutlar tədqim edilməmiş, yol verilmiş falsifikasiyalar barədə şikayətlərinin yoxlanılması həyata keçirilməmişdir.

 

Mahmud Tağıyev provokasiyanın qurbanı olmuşdur

Xüsusi olaraq qeyd edilməlidir ki, Məmmədəli Nəbizadənin dindirilməsı ilə bağlı müdafiə tərəfinin vəsatətini məhkəmə əsassız olaraq rədd etmiş, ittiham tərəfinin eyni şəxsi dindirmək barədə vəsatətinin sonradan təmin etmişdir ki, bu da, məhkəmənin Mahmud Tağıyevin qanunsuz cinayət taqibində maraqlı olduğunu göstərir.
Cinayət işinin materiallarından açıq-aşkar görünür və bu, məhkəmə araşdırması gedişində öz təsdiqini tapmışdır ki, Mahmud Tağıyev Toğrul Tağıyev və digər şəxslərin provokasiyasının qurbanı olmuş, hansılar ki, onun əmlakını ələ keçirmiş, sonradan isə, sübutları falsifikasiya elmək yolu ilə, taladıqlarını qaytarmamaqdan ötrü onun qanunsuz cinayət təqibini təşkil etmişlər.
2007-ci ildə Mahmud Tağıyev Toğrul Tağıyevin və digər səxslərin vasitəsilə Bakı şəhəri, M.İbrahimov, 54 ünvanında yerləşən özünə məxsus tikilini 200000 manata satmış, lakin qeyd olunan şəxslər razılaşdırılmış məbləgi ona verməmiş, borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınmış və Mahmud Tağıyevin dəfələrlə etdiyi inadlı tələblərdən sonra ona qarşı provokasiya təşkil edərək sübutları saxtalaşdırmışlar ki, guya o, intim xarakterli məlumatları yaymaqla hədə-qorxu gələrok Tuğrul Tağıyevdən 120000 manat (70600 ABŞ dolları) tələb etmiş və tələb etdiyi pulun bir hissəsini alarkən 03 iyul 2018 tarixində tutulmuşdur.
Mahmud Tağıyevin barəsində provakasiya faktı və sübutların saxtalaşdırılması aşağıdakı iş materialları ilə öz təsdiqini tapır.
Keçirilmiş prosessual hərəkətlərin və isə tikilmiş prosessual sənədlərin xronologiyasına görə, 03 iyul 2018 tarixində BMCMİ-nin əməkdaşları «statlı hal şahidləri Əhmədov Anar İnqlab oğlu və Qurbanov Rəşad Şamil oğlunun, eləcə də Toğrul Tağıyevin iştirakları ilə saxta protokol tərtib ediblər ki, guya 03 iyul 2018 tarixində saat 21:30-dan 22:45 radələrindək Mahmud Tağıyeva verilməsindən ötrü, seriya və nömrələri göstərilməklə 200 ədəd yüzdollarlıq əskinazları xüsusi toz vasitəsilə tozlandırıb Nəbizadə Məmmədəli Oruc ogluna təqdim ediblər.
Bununla belə, protokolda qeyd olunub ki, Mahmud Tağıyev 03 iyul 2018 tarixində, 20:19 radələrində tutulub.
Daha sonra, BMCMİ-nin həmən eyni əməkdaşları, yenə həmən «slatli hal sahidlərinin istirakları ilə saxta protokol tərtib ediblər ki, guya 03 iyul 2018 tarixində, saat 21:30-dan 22:45 radələrinədək əməliyyat-axtarış təbdirləri həyata keçiriblər və onun gedişində, Mahmud Tağıyev, Məmmədəli Nəbizadədən aldığı 20000 ABŞ dolları ilə birlikdə tutulmuşdur.
Beləliklə, saxtalaşdırılmış materiallardan görünür ki, Mahmud Tağıyev Məmmədəli Nəbizadəyə pulların təqdim olunmasından və əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən əvvəl tutulmuşdur, bu isə provokasiya faktını və sübutların falsifikasiyasını təsdiq edir.
Bundan əlavə, Mahmud Tağıyevin qanunsuz cinayət təqibi məqsədilə provokasiya faktı və sübutların falsifikasiyasını eyni vaxtda, 03 iyul 2018 stat 21:30-22:45 radələrində tərtib olunmuş M.Nəbizadəyə pulların təqdim olunması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi protokolları təsdiq edir bu isə təbiət qanunlarına ziddir, belə ki, eyni şəxslər eyni zamanda mitalit yerlərdə ola və müxtəlif hərəkətləri icra edə bilməzdilər.
Məhkəmə araşdırması gedişində Mahmud Tagiyevlə Məmmədəli Nəbizadənin provokasiyadan bir gün qabaqkı danışıqlarının səsyazısı elan edilmişdir.

 

Mahmud Tağıyevə bəraət qazandıran sənəd necə itirilib?

 

Danışıqların məzmunundan görünur ki, Nəbizadənin məhkəmədə verdiyi ifadələr həqiqətə uyğun deyil, yalandır, belə ki, Mahmud Tağıyev danışıq zamanı ona qarşı əmlakı ilə bağlı edilmiş dələduzluqdan narazılığını bildirmiş, ona 20000 verilməsindən heç nə deməyib və pulların Nəbizadə vasitəsilə göndərilməsi barədə razılaşmayıb.
6/007-5984-1218 nömrəli məktuba əsasən təhqiqat orqanından 6 vərəqdən ibarət sənədlər, o cümlədən 09 oktyabr 2018 tarixində alınmış (?!?) 9619200.43 şəxsiyyət vəsiqəsi istintaq orqanına 04 iyul 2018 tarixində təqdim olunmuşdur.
Qeyd olunan fakt həmçinin, Mahmud Tağıyevin qanunsuz cinayət təqibi məqsədilə iş materiallarının falsifikasiyasını təsdiq edir, belə ki, 09 oktyabr 2018 tarixində alınmış sənəd, onun yaranmasından (hazır olmasından) hələ üç ay əvvəl 2018-in iyulunda işdə ola bilməzdi.
Qeyd olunanlar deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsi əvəzinə işdə Mahmud Tağıyevə bəraət qazandıran sənəd olub, lakin sonradan, onun qanunsuz cinayət təqibi məqsədilə qanunsuz olaraq işdən çıxarılıb. Mahmud Tağıyevin qanunsuz cinayət təqibi məqsədilə sübutların xüsusi toz vasitəsilə falsifikaksiyaısının mübahisəsiz fatkı odur ki, təqdim əskinazlar halə M.Nəbizadəyə tozlandırılmış yüzdollarlıq olunmamışdan və hətta Toğrul Tağıyevin BMCMİ-nə ərizo ilə müraciətindən əvvəl ekspertizaya göndərilmişdir.

Məhkəmə ekspertizaları mərkəzinin materiallarında ekspertizanın təyin edilməsi haqqında 03.07.2018 tarixli qərar və 007-5977 №-li məktub var.
Bundan əlavə, cinayət işinin materiallarında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarın məhkəməyə və Bas prokurorluga göndərilməsi barədə 007-5982 və 007-5983 nömrəli məktublar var.
Qeydiyyata alınmış nömrələrlə təsdiq olunan hadisələrin bu cür xronologiyası göstərir ki, Məmmədəli Nəbizadənin iştirakı ilə provokasiya onun həyata keçirilməsindən daha əvvəl saxtalaşdırılmışdır.
Bu, cinayət qanunvericiliyi cəzalandırılmalı olan özbaşınalıqdır.
03 iyul 2018 tarixli saxta protokolda hal sahidləri qismində Əhmədov Anar İnqlab oğlu və Qurbanov Rəşad Şamil oğlu keçir, hansılar ki, Azarbaycan Respublikası DİN BMCMİ-nin ştatdankɔnar (bəlkə də məxfi) əməkdaşlarıdır.
Qeyd olunan şəxslər, Azərbaycan Respublikası DİN BMCMİ tərəfindən mütəmadi olaraq hal şahidləri və şərti alıcılar qismində cəlb olunurlar, bu isə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsinin tələblərinə ziddir və onların iştirakı ilə tərtib edilmiş sənədlərin legitimliyini istisna edir.
Beləcə, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasi DİN BMCMİ tərəfindən istintaqı aparılmış T.P.Abdullayevin barəsinda 181900317 nömrəli cinayət işi üzrə ittiham aktından görünür ki, orada, hal sahidi qismində Göycay səhəri, N.Nərimanov küçəsi, 35 ünvanında qeydiyyatda olan, 20.12.1980 təvəllüdlü Əhmədov Anar İnqilab oglu keçir.
Məhkəməyə təqdim olunmus vəsatətdən görünür ki, Azərbaycan Respublikası DİN BMCMİ tərəfindən istintaqı aparılmış 171900201 saylı işdə hal şahidi qismində, Balakən şəhəri, H.Əliyev pr-ti 48, m. 5-də qevdiyyatda olan 1985-ci təvəllüdlü Qurbanov Rəşad Samil oğlu keçir.
Məhkəmədə dindirilmiş Anar Əhmədov və Rəşad Qurbanov BMCMİ-nin ştatdankənar əməkdaşları olduqlarını təsdiq etmişlər, yəni onlar Mahmud Tağıyevin qanunsuz cinayət təqibində maraqlıdırlar.
Rəşad Qurbanov məhkəməyə qandallarla gətirilmiş , prosesinin nəticəsində onun maraqlı olduğunu bir daha təsdiq edir. Qeyd olunanlar deməyə əsas verir ki, Mahmud Tağıyevin işi üzrə 3-4 iyul 2018 tarixində tərtib edilmiş bütün sənədlər qeyri-legitimdir, onun cinayət təqibi məqsədilə saxtalaşdırılmış sübutlardir.
Diqqət yetirin, Azərbaycan Respublikası DİN BMCMİ-də Mahmud Tağıyevin barəsinda 1819000238 saylı cinayat işi üzr tərtib etdilmiş bir dənə də olsun protokol və qərar Azərbaycan Respublikası CPM-nin 52-ci maddəsinin tələblərinə zidd olaraq qeydiyyata alınmayıb,əksəriyyətində onların tərtib olunma vaxtı yoxdur, bu da öz növbəsində onların legitimliyni istisna edir.
Azərbaycan Respublikası CPM-nin 134.5 maddəsinin tələbinə zidd olaraq 1819000238 nömrəli cinayət işi üzrą şahid qismində hal şahidləri və təhqiqatçılar dindiriliblər, lakin, Mahmud Tağıyevin müdafiə hüququna zidd olaraq onun dəlillərinin əsası kimi istinad etdiyi şahidlərdən heç biri dindirilməmişdir.
Həbsdən sonra, Mahmud Tağıyevin mövcud olmayan təqsirinin boynuna götürməsindən ötrü o, qanunsuz psixi və fiziki təzyiqlərə məruz qalmış, ailə üzvləri ilə bütün əlaqələr, ərzaq qəbul etməsi ona qadağan edilmiş, bununla əlaqədar olaraq o, aclıq elan etməyə məcbur olmuş və barəsində yol verilen özbaşınalıqlar barədə çoxsaylı şikayətlər göndərməyə baslamışdir.
Toğrul Tağıyevi intim xarakterli məlumatlarla rüsvay etmək hədəsi ilə ondan 120000 manatın tələb edilməsi barədə Mahmud Tağıyevin ittihamın qanunsuzluğunu va uydurma olmasını dərk edən cinayət təqibi orqanının nümayəndələri, Mahmud Tağıyevin şikayətlərinə mane olma və buna göra ondan qisas almaq məqsədilə, Toğrul Tagiyevin bilavasitə ixtirakı ilə, faktlara və məntiq qanunlarına zidd olaraq Mahmud Tagiyevin mövcud olmayan əməllərinin yeni epizodlarını saxtalaşdırmağa başlamışlar.
Üstəlik, Mahmud Tağıyevin guya ki, Toğrul Tagiyevi şantaj etdiyi intim xarakterli məlumatları tapmaq uğursuzluqla nəticələnmiş, belə xarakterli məlumatlar aşkarlanmamış, “zərərçəkmis” Toğrul Tagiyev isə istintaqın sonuna qədər izah edə bilməmişdir ki, o, nadən qorxub və onu nə iləşantaj ediblər.
2018-ci ilin noyabrında istintaq Togrul Tagiyevin digərlərinin bilavasitə. köməkliyi ilə materiallar saxtalaşdırmısdır ki, guya Mahmud Tağıyev rüsvayedici məlumatların yayılması hədəsi ilə 10 fevral 2017 tarixinda “Yuxa”restoranının direktoru Həsənov Azər Cavansir oğlundan 5000 manat, 2017-ci ilin mayın ortaralarında «Nort Vest Konstrakşn» firmasının rəhbəri Bədəlov Elçin Tofiq oğlundan eyni yolla 80000 manat, 2018-ci ilin fevralın sonlarında isə fərdi sahibkar Abbasov Xaliq Nəriman oğlundan hədə-qorxu ilə 20000 manat tələb etmişdir.
İş materiallarına əsasən bütün sadalanan şəxslər Toğrul Tağıyevin qohumları və ya dostlarıdır, onlardan heç biri 2018-ci ilin noyabrına kimi Mahmud Tağıyevin hədə-qorxu ilə pul tələb etməsinə dair ərizə verməyib.
Mahmud Tağıyevin onlardan hədə-qorxu pul tələb etməsi X.N.Abbasovun 14.11.2018, A.C Həsənovun 16. 11. 2018 ,F.T Bədəlovun isə 23.11.2018 tarixlərində «yadlarına düşmüş” və həmin tarixlərdə DİN BMCMİ-nə ərizələr vermişlər, bu isa onların Togrul Tağıyevlə əlbir olmaları faktını təsdiq edir.
Müstəntiqin 8 noyabr 2018-ci il tarixli qərarı ilə ils, X .N.Abbasov iş üzrə zərərçəkmiş qismində tanınmışdır ki, guya, Mahmud Tagiyev Togrul Tagiyevdən 120000 (70600 ABŞ dolları) hədə-qorxu ilə tələb etmiş, bununla da X.N.Abbasova maddi ziyan vurmuşdur . Qeyd olunan qərar məntiqa ziddir və sübutların saxtalaşdırılması yolu ilə Mahmud Tagiyevin qanunsuz və qərəzli cinayət təqibi məqsədilə əlbirliyin növbəti dəfə təsdiq olunmasıdır.
X.N.Abbasov, A.C.Həsənov və E.T. Bədəlov Tağıyevin ittihamının saxtalaşdırılması həmcinin aşağıdakı faktlarla təsdiq olunur.
X.N.Abasovun ifadəsinə əsasən Mahmud Tağıyev rüsvayedici məlumatları yaymaqla hədə-qorxu gələrək ondan 2018-ci ilin aprelində (fevralında) 20000 manat tələb etmiş, lakin o M.Tağıyevə pul verməmiş. Xətai rayon məhkəməsinə şikayət vermiş, 2018-ci ilin 24-25 iyununda isa, Toğrul Tağıyevin xahişinə əsasən Mahmud Tağıyevlə “Çanaqqala» restoranının yaxınlığında görüşmüş və Toğrul Tağıyevin barəsində hədə-qorxuları dayandırmaqla bağlı onu yola gətirməyə çalışırmış.
Bununla belə, Bakı şəhəri, Xətai rayon məhkəməsinin işə əlavə edilmiş 10.04.2018 tarixli qətnaməsindən görünür ki, Xaliq Abbasovun barəsində Qafqaznews.az saytında məqalələr («Qafqaz Xəbər Agentliyi” və «Qafqazxeber.az”) 2016-cı ilin mayında yerləşdirilib və bu səbəbdən Mahmud 2018-ci ilin fevralındal (aprelində) məqalə Mahmud Tagiyev Xaliq Abbasovu yerləşdirəcəyi və ya onları silməyəcəyi ilə şantaj edə bilməzdi, çünki həmən tarixə onlar artıq silinmişdi.
Mahmud Tağıyev qeyd olunan iş üzrə proses iştirakçısı qismində keçmir.
Xaliq Abbasovun iddiası üzrə məhkəma qulnaməsinə əsasən agentliyin üzərinə üzr istənilməsi, məqalələrin silinməsi və Silahlı Qüvvələrə yardım Fonduna 2000 manat ödəmək öhdəliyi qoyulmuşudur. Xaliq Abbasovun 50000 manat ödənilməsi tələbi təmin edilməmişdir.
Məhkəmənin qətnaməsində hədə-qorxu ilə 20000 manat tələb edilməsindən söhbət getmir, bu məsələ Xaliq Abbasov tərəfindən heç zaman qaldırılmayıb və baxış predmeti olmayıb.
2018-ci ilin aprelinda qeyd olunan qətnamə qanuni qüvvəsini almış və tam səkildə icra edilmişdir.
Azərbaycan Respublikası CPM-nin 1492 maddəsinə əsasən mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya
məhkəməyə hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidr və təqsirləndirilən şəxsin təqsirli olub-olmamaını qabaqcadan həll etmir. Bununla əlaqədar olaraq, preyudisiyaya əsasən. Mahinud Tagiyevin 2016-cı ilin mayında «Qafqaz Xəbər Agentliyi”nin
saytlarında çıxan məqalələrə aidiyyatının olmasına dair
istintaqın fikirlərinin hər-hansı hüquqi qüvvəsi yoxdur, Xaliq Abbasovun ifadələri isə açıq-aşkar yalandır, faktlarla ziddiyyət təşkil edir və tam təkzib olunur.
Bundan əlavə, Mahmud Tağıyevin Xaliq Abbasovu ifşa edən məlumatlar « 365info.org» saytında guya ki, yaymaqla hədə-qorxu gəlməsinə dair ittiham tərəfinin fikirlərinin də hər-hansı əsası yoxdur, belə ki, Xaliq Abbasov bu
sözlərinə görə barədə heç vaxt ifadə verməyib, Mahmud Tağıyevin
gedişində «365info.org» saylı Toğrul Tagiyevə məxsusdur. istintaq «365info.org saytının sahibinin müəyyən edilməsindən ötrü hər hansı hərəkət edilməmişdir.
Qeyd olunanlar ham da, Mahmud Tagiyevin «Yuxa” restoranının sahibi Azər Həsənovdan 5000 manat və «Nort Vest Konstraks» şirkotinin rəhbəri Elçin Bədəlovdan 80000 manat tələb etməsinə dair ittihama tərəfinin fikirlərinin də hər -hansı bir əsası yoxdur.
İttihama əsasən, 10 fevral 2017 tarixində Mahmud Tagiyev Azər Həsənovu rüsvay edən məlumatları KİV-də yaymaq hədəsi ilə ondan 5000 manat olab etmiş, məbləği almadıqda isə «365info.org saytında həqiqətə uygun olmayan «Yuxa restoranı xarici kəşfiyyat orqanlarına xidmət edir, məqaləsini yerləşdirmişdir.
17 oktyabr 2018 tarixində Azor Həsonov hazırki is üzrə şahid qismində dindirilmiş və göstərmişdir ki, Togrul Tağıyev onun xalası oğludur. Bir müddət əvval Toğrul ona şikayət edib ki, Mahmud Tagiyev onun barəsində intim xarakterli məlumatlar yaymaq hədəsi ilə ondan 120000
tələb edir. Azər Həsənovun ifadələrinə əsasən o
Mahmudun bu cür hərəkətlərindən təəcüblənmiş, bundan sonra Mahmudla görüşmüş, ondan Togruldan əl çəkməyi xahiş etmiş, lakin Mahmud bununla razılaşmamıs Togrul ona 120000 manat verməyincə ondan əl çəkən deyil 17.10.2018 tarixli dindirmədə Azər Həsənov Mahmud Tağıyevin ondan 10.02.2017 taixində 5000 manat tələb etməsi və vermədiyi üçün 08 iyun 2018 tarixində «365info.org» saytında onu ilsa edən «Yuxa restoranı xarici kəşfiyyat orqanlarına xidmət edir?» maqaləsini yerləşdirməsinə dair heç nə deməmişdi.
Əgər Mahmud Tağıyev həqiqətən də Həsənovdan 5000 manat tələb etsəydi, o, bu barədə, 17.10.2018 tarixli dindirmədə məlumat verərdi.
Azər Həsənovun bu cür davranışı təsdiq edir ki, Mahmud Tagıyevin barəsində açıq-aşkar yalan məlumatı o, DİN BMCMİ-nə 16.11.2018 tarixində Toğrul Tağıyev və digər şəxslərlə qabaqcadan razılaşdıraraq Mahmud Tağıyevin qanunsuz cinayət təqibi məqsədilə vermişdir.
İş materiallarına əsasən, Azər Həsənovun Mahmud Tagiyevin barəsində DİN BMCMİ-nə verdiyi ərizə 19.11.2018 tarixində qeydə alınıb, lakin onun üzərinə dərkənar 16.11.2016 tarixində qoyulub, Azər Həsənov zərərçəkmiş şəxs qismində (hər hansı əsas olmadan) 16 noyabr 2018 tarixində tanınmış və bu qismda dindirilmişdir.
Bu, Azər Həsənovun Mahmud Tagiyev barəsində ərizəsinin qanunsuz şəxsi sifariş xarakterli olduğunu növbəti dəfə təsdiq edir.

Qeyd olunan və adları çəkilən digər məqalələrin iş istiqaməti, qeyri-mötəbərliyi və qərəzli olması barədə nəticəyə gəlməyə əsas vermir.
İş materiallarına əsasən Elçin Badalovun Mahmud Tagiyevin barəsində, DİN BMCMİ-nə verdiyi ərizə 29.11.2018 tarixində qeydə alınıb.Lakin onun üzərinə dərkənar 23.11.2016 tarixində qoyulub. Elçin Badalov zərərşəkmiş şəxs qismində (hər hansı əsas olmadan) 2018 tarixində tanınmış və qismdə dindirilmişdir. Bu da E. Badalovun Maalimud Tağıyev barəsində ərizəsinin də şəxsi sifariş xarakterli olmasını təsdiq edir.

İş materiallarına qeyd olunan məqalələrin yalnız birinci vərəqləri əlavo edilib, bu isə onların qeyri-mötəbərliyi və qərəzli olması barədə nəticəyə gəlmək imkanını istisna edir.
Elçin Bədəlovun ifadələrinə əsasən o, Togrul Tagiyevin ailəvi dostudur və onun vasitəsilə 2014-cü ildən Mahmud Tagiyevi tanıyır.
İntim xarakterli məlumatları yaymaq hədəsi ilə Togrul Tagiyevdon 120000 manatın Mahmud Tağıyev tərəfindɔn tələb edilməsinə dair itham aşkar uydurma olmasını başa düşən və bu cür məlumatları tapıb saxtalaşdıra bilməyən istintaq 22 dekabr 2018 tarixində Mahmud Tagiyevin ittihamını bu hissədə dəyişdirərək Toğrul Tağıyeva, onun istehsal –təsərrüfat fəaliyyətini və ticarət əməliyyatlarına dair rüsvayedici məlumatlar yayacağı şantaj etməsi barədə ittiham vermişdir.
Mahmud Tağıyevin Toğrul Tağıyevi intim xarakterli məlumatlar yolu ilə
şantaj etməsi ittihamda unudulmuşdur.

20 dekabr 2018-ci il tarixində Mahmud Tagiyev iltihamın bütün epizodları ilə ətraflı ifadə Vermis,M.İbrahimov küçəsi. 5 ünvanında olan obyektlərinin satışından əldə olunmuş pul vəsaitinin mənimsəməsi şəraiti məlumat vermiş ,qanunsuz cinayət təqibini təşkil etmiş şəxsləri və bunun səbəblərini göstərmiş və onun sözlərini təsdiq edəcək şəxslərin adlarını çəkmiş Xaliq Abbasov,Elçin Bədəlov, Azər Həsənov,Toğrul Tağıyevlə olan
münasibətləri barədə məlumat vermiş, onlar tərəfindən törədilmiş cinayətləri və və bunu təsdiq edən faktları göstərmişdir.
Mahmud Tagiyevin müdafiəçiləri hökmdən apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.04.2019 tarixli hökmü ləğv 2019 tarixli hökmü ləğv edilməsi, M.R.Tagiyeva qarsi irəli sürülmüş bütün ittihamlar üzrə, əməlində cinayət tərkibinin olmaması səbəbindən bəraətverici əsaslarla bəraət hökmü çıxarılması ilə bağlı müraciət etmişlər.
Prokurorluğun idarə rəisi, yüksək rütbəli dövlət məmuru Kamal Qılıcovun sifarişi ilə öz qaynını şərləyərək həbs elətdirən,ona ən yüksək cəza verilməsinə qanunsuz yolla nail olan Toğrul Tağıyev tam ədalətsiz olan 12 il həbs qərarından da narazıdır və o da qərardan apellyasiya şikayət verib ,jurnalistə 15 il cəza verilməsini istəyib ki,bu artıq qarşı tərəfin nə qədər haqsız,ədalətsiz və hansı insani keyfiyyətlərə sahib olmasından bir daha xəbər verir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button