Pentaqon Azərbaycanın kəşfiyyat məlumatlarını toplamaq və terrora qarşı mübarizə imkanlarını artırmaq üçün ABŞ şirkəti ilə 10 milyon dollarlıq müqavilə imzalayıb.
Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ Müdafiə Nazirliyi Azərbaycanın kəşfiyyat məlumatlarını toplamaq və terrorizmə qarşı mübarizə imkanlarını gücləndirmək üçün lazımi avadanlıqların təchizatı ilə bağlı müqaviləni Virciniya ştatında mənzillənmiş şirkətlə bağlayıb.
“Virciniya əyalətində, Aleksandriya şəhərində yerləşən “VSE Corp. ” şirkəti Xəzər dənizi ilə bağlı Azərbaycanın Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində terrorla mübarizə, kəşfiyyat avadanlıqları və təlim avadanlıqlarının tədarükü üçün 10,082,812 dollarlıq məbləğində müqaviləyə imza atıb”, – məlumatda qeyd edilib.
Avadanlıqların nədən ibarət olduğu açıqlanmır. Məlumata görə, müqavilə Azərbaycan hökuməti üçün ABŞ-ın xarici hərbi satışlar proqramı çərçivəsində bağlanıb.
Qeyd edilir ki, bu ilin iyununda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfər edərək, milli təhlükəsizlik üzrə müşavir (dünən vəzifədən çıxarılıb,-red.) Con Boltonla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar ikitərəfli iqtisadi münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və Avropaya qaz tədarükünün daha da şaxələndirilməsi imkanlarını müzakirə ediblər.
This post was last modified on 11 Sentyabr 2019 10:55 axşam
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq. Unikal.org-un məlumatına görə, Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi…
Bu gün ermənilər hərbi qəhrəman hesab etdikləri faşist cəlladı Qaregin Njdeyə Xocavənd şəhərində heykəl ucaldıblar. Sosial medianın erməni sektorunda yayılan…
ABŞ Senatı sabiq prezident Donald Trampın impiçmentinin müzakirəsini fevralın 9-a qədər təxirə salıb. Bu barədə “RİA Novosti” agentliyi bildirib. Qeyd…
21-ci ilin 26 yanvar tarixində Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. XİN-dən virtualaz.org-a bildirilib ki,…
Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Xural.com xəbər verir ki, bu barədə Prezident İlham…
Daxili işlər orqanlarında növbəti dəyişiklik olub. Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis…