Rubrikalar: GÜNDƏM MANŞET XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti baş verən hadisədən hiddətlənib və sosial şəbəkələr bu hiddətin güzgüsünə çevrilib. Xural.com saytının baş redaktoru Əvəz Zeynallı hadisəyə özünün facebook səhifəsində münasibət bildirib. Xural.com Əvəz Zeynallının statusunu olduğu kimi dərc edir:

“Bu gün mitinqdə həbs olunan Əli Kərimliyə qarşı baş vermiş şiddət və işgəncə hadisələri qanımı dondurdu. Nə qədər tərbiyəsizlik, əxlaqsızlıq, ədəbsizlik, anti-insanilik ola bilər ki, Azərbaycanın ana müxalifət partiyasının sədrinə qarşı bu dərəcədə vandallıq baş versin? Ölkə hansı dərəcədə idarə olunmur ki, hansı dərəcədə idarəetməni itiriblər ki, dünyanın gözlərinin qarşısında ölkənin ən tanınmış müxalifətçisini vəhşicəsinə və dəlicəsinə döyür, onu “ölmək istədim” deyəcək həddə çatdırırlar. Əslində, hakimiyyət bu kimi hərəkətlərlə Əli Kərimlinin hakimiyyətə yollarını hamarlayır və onun ən ağır hadisələrdən mətin çıxması ilə müxalifətin söz sahibi olaraq mərkəzinə yerləşməsinə bilavasitə yardımçı olur. Mübarizə adamı belə hadisələrlə daha da mətinləşər və düşünürəm ki, Əli Kərimli üçün çox çətin olsa da, bu gün belə bir gün oldu.
Bu hadisə mənə 1991-ci ilin avqust ayının 23-də AXC-nin sovetski deyilən ərazidə yerləşən qərargahında baş verənləri xatırlatdı. O zaman da Ayaz Mütəllibov rejimi Əbülfəz Elçibəyi elə ölümünə döydürmüşdü. Necə o hadisə Əbülfəz Elçibəyi hakimiyyətə daşıdısa, bugünkü hadisə də Əli Kərimlini zəiflətmədi, əksinə, Əli Kərimlini ölkənin söz sahiblərindən birinə çevirdi.
Sonuna qədər Əli Kərimlinin yanındayam!
Sonuna qədər Əli Kərimliyə qarşı baş verən bu mənfur, iyrənc, ədəbsiz və tərbiyəsiz vandallığı qınayıram!
Sonuna qədər Əli Kərimliyə əlləri və ayaqları ilə işgəncə verənlərin əllərinin və ayaqlarının qırılmasını tələb edirəm!
Və onu da bildirirəm ki, bu işgəncənin, bu orta əsrlər geridəqalmışlığının hesabını verəcək tək bir adam var bu ölkədə – İlham Əliyev! İlham Əliyev ona hər cür inamı öldürən bu hadisənin izahatını və hesabatını verməlidir! O, tənqid edən və xalqın maraqlarını qorumağa hazır olan hər kəsi öz qoçularına döydürmək qərarımı verib?!”

Xural.com

Paylaş:

This post was last modified on 21 Oktyabr 2019 7:43 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də hədəfdə Əvəz Zeynallı!-VİDEO

Reaksiya TV-nin efirində növbədənkənar canlı yayın oldu və Əvəz Zeynallıya qarşı "Frenk Elkaponi" ləqəbli Fizuli Məmmədovun adamları tərəfindən ölüm təhdidi…

24 May 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

“İmamzada” 200 gəncəli ailəyə Ramazan yardımı göndərdi-FOTOLAR

"Müqəddəs Ramazan ayının son günündə Gəncə şəhərində yerləşən tarixi "İmamzada" kompleksi tərəfindən şəhərin yardıma ehtiyac hiss olunan 200 ailəsinə Ramazan…

24 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Arif Seyidovun gözqamaşdıran sərvəti

Prezident İlham Əliyevin mayın 22-də imzaladığı sərəncamla Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Oxu.Az-ın məlumatına görə,…

22 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Rüstəm Usubov şair kimi cavab verdi: “Bundan sonra nə olacaq, bilmirəm”

“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”. Bu sözləri "Gununsesi.org"un sorğusuna cavab…

22 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Almaniya “DQR nümayəndəsi”nin fəaliyyətini qadağan etdi

Məlumdur ki, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin əsaslarından biri və beynəlxalq aləmdə əsaslandırılması Azərbaycanın işğal olunmuş ərazilərində kukla…

22 May 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Tramp “köhnələr”ə qarşı savaş açdı – həbslər gözlənilir-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 21 may 2020-ci il   Zirvədə gedən savaşı anlaya bilməsək, ətrafımızda baş verənləri anlamaq şansımız heç…

22 May 2020
Xural.COM