Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Ölkəni kimlər yandırır?!”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 10 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində son həftənin siyasi vəziyyətini təhlil edib. Əvəz Zeynallı həmçinin: ““Yanğın siyasəti” var ölkədə? Bu ölkəni kimlər yandırır? Bu, sabotaj deyil ki? Sabotaj olsa, dalbadal yanğınlar olsa, nə olacaq?”, ““Taxta bazarı”nın yandırılacağını deyirlər – görün vəziyyət nə yerdədir?”, ““Yanğın komissiyaları” yaradılmalıdır. Son 30 ildə baş verən – məxsusən yaxın 12 ildə baş verən bütün yanğınlar araşdırılmalıdır”, “Qonşunun dam örtüyü… 35-40 nəfər uniformalı adamlar, 50 metr kəmərlərdən aralı olmalıdır iddiası ilə bir fağırın evini basıblar. Kim bu səlahiyyəti verib adamlara, SOCAR-a? 3 gündür hamının gününü qara ediblər! Niyə?”, “İnsanları gecələr evindən aparmaqdı, bu dəstə ilə bir ailəyə hücum çəkməkdir, yığışdırılmalıdır bu məsələlər”, “Siz 500 nəfərdən çox qeydiyyatsız evlərin sənədlərini düzəldin, sonra da adamın zəhləsini töküb qapısına dirənməyin. Sizin ixtiyarınız yoxdur vətəndaşın evinə soxulmağa…”, “Xalidə adlı şikayətçinin evinin neçə kvadrat metr olduğunu sübut edən sənədini itirib JEK – bravo Adil Vəliyev, bravo!”, “Ölkədə nələr baş verir? Hər şey niyə qapalıdır?”, “Hansı siyahıların hazırlandığından hətta iqtidar partiyasının ən belə səlahiyyətlilərinin belə xəbəri yoxdur”, “Seçkiləri kimlər sayacaq?”, “Ən mübhəm xəbərlərdən belə cəmiyyətin ən kiçik zümrələrinin xəbəri olmalıdır” mövzuları ətrafında da düşüncələrini bölüşüb, təhlillərini təqdim edib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button