Madriddə 8 Mart aksiyasına qadağa qoydular

COVID-19 pandemiyası ilə bağlı...

İspaniyanın Konstitusiya Məhkəməsi martın 8-də Madriddə aksiyanın keçirilməsinə icazə verməyib.

“RİA Novosti” bildirir ki, bu barədə məhkəmədən məlumat verilib.

Məlumata görə, COVID-19 pandemiyası ilə bağlı Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün kütləvi tədbirlər və mitinqlərin keçirilməsi qadağan olunub. Aksiya təşkilatçıları məhkəmənin qərar ilə bağlı Madriddəki Ali Məhkəmənin qərarını qəbul etməyiblər.

Qeyd edək ki, İspaniyadakı Fəhlələr Komissiyası və Zəhmətkeşlərin ümumi ittifaqı adlı iki böyük həmkarlar təşkilatları Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Onu da qeyd edək ki, Madrid mitinqlərin qadağan olunduğu yeganə İspan regionu olub, digər muxtar icmaların hakimiyyətləri insanları sadəcə bir araya gətirməməyə çağırmaqla kifayətləniblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button