Rubrikalar: GÜNDƏM XuralTAC

Vasif Talıbovun oğlunun Dubaydakı “Al Rza Tower”i üzə çıxdı-FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun araşdırmasına görə, qüllənin rəsmi adı “Al Rza Tower”dir. Bina Talıbovlar ailəsinə məxsus Gəmiqaya Holdinq tərəfindən inşa olunub.
Ünvanı belədir: 60, 1 Street, Ajman Industrial 2, Ajman Office 1201. Bina yaşayış təyinatlıdır, 12-ci mərtəbəsində holdinqə daxil olan GƏMİQAYA REAL ESTATE daşınmaz əmlak şirkəti yerləşir. Talıbovların körfəz ölkələrindəki əmlakı bu şirkət vasitəsilə idarə olunur.
Yeri gəlmişkən, Talıbovların BƏƏ-dəki daha bir şirkəti GEMIKAYA GENERAL TRADING LLC-dir. Şirkətin ofisi Dubai Investment Parkda yerləşir. Şirkət ərəb ölkələrinə “Badamlı” sularının satışını, eyni zamanda Azərbaycanla Körfəz ölkələri arasında digər ticari əməliyyatları reallaşdırır. Ticarət şirkətinin gəliri 1 milyon dollar göstərilir.
Cavanşir Həsənli həmçinin qeyd edib ki, Rza Talıbov Avropada da şirkət açıb.
Xatırladaq ki, Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisidir.
Paylaş:

This post was last modified on 18 Fevral 2020 1:10 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha 63 nəfər koronavirus infeksiyasına yoluxub

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti…

6 Aprel 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə çatıb

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 73 nəfər ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə…

6 Aprel 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Koronavirusa qarşı ən ümidverici vaksin hazırdır, amma…

"The Independent" qəzeti yazır ki, ABŞ alimləri COVID-19 virusuna qarşı mübarizədə səmərəli ola biləcək yeni vaksin üzərində işləyirlər. Ekspert rəylərinə…

6 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Fəzail Ağamalını Türkiyədə soydular: həbs edildi…

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə insidentlə üzləşib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri yazıb.…

5 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda 2 nəfər koronavirusdan vəfat etdi

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib. Xural.com Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahına istinadən məlumat verir…

5 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Jurnalistlər şəxsi avtomobillərindən istifadə edə bilərlər, ancaq şəxsi məqsədləri üçün yox…

Koronovirusla bağlı ölkədə tətbiq olunan xüsusi karantin rejimində hərəkətinə icazə verilən kateqoriyalardan biri də Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarıdır. Hazırda KİV…

5 Aprel 2020
Xural.COM