Prokurorluq dirijorun rüşvət aldığını ifşa edib

Ölkənin “bütün” korrupsionerlərini tutan prokurorluq Dövlət Nəfəs alətləri orkestrinə, daha dəqiq isə, onun bədii rəhbəri Lütfi Qədirova keçib.

Baş Prokurorluğun məlumatına görə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin araşdırmaları nəticəsində “Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edilib”.

Belə ki, o, 2017-2020-ci illərdə işə gəlməyənlərlə əmək müqavilələrinə xitam verməyib. Bunun müqabilində bədii rəhbər işçilərin bank kartlarına ödənilən məbləğin 85-90%-ni rüşvət qismində alırdı. Bu yolla o, 54 min manat qazanıb.

Qədirova qarşı CM-in 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. Binəqədi rayon məhkəməsinin qərarı ilə o, 4 ay müddətinə həbs edilib. Bədii rəhbər 8 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.

 

Turan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button