Rubrikalar: DÜNYA GÜNDƏM XuralTAC

Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizində yaşanan gərginliyin bəhanəsi Meis adasıdır. Yunanıstanın materik hissəsindən 580 km uzaqlıqda olan bu ada Antalyadan cəmi 2 km kənarda yerləşir. Adanın sahəsi cəmi 10 kvadrat kilometrdir. Buna baxmayaraq, ada Birinci Dünya müharibəsində bağlanan Lozanna müqaviləsinə görə, Yunanıstana verilib. Nəticədə Yunanıstanın indiki iddialarına bəhanə yaranıb.

Afina beynəlxalq qanunvericiliyin bir sıra müddəalarına əsaslanıb ada ətrafındakı kontinental şelfin ona aid olduğunu bildirir.

Bu zaman isə Türkiyənin Aralıq dənizinə bütün qapıları bağlanır. Məsələ burasındadır ki, istər Meis, istər Rodos və istərsə də yan-yana düzələrək Yunanıstana qədər uzanan adalar Egey ilə Aralıq dənizi arasındakı bütün sahələri əhatə edir və Türkiyəni Anadolu yarımadasından kənara çıxa bilməməsinə zəmin hazırlayır. Afinanın 1958-ci ildə imzalanmış Beynəlxalq Dəniz Hüququna istinadən Meis adasının kontinental şelfinə iddia etməsi vəziyyəti tamamilə tündləşdirir və az qala Antaliyanın sahillərinə qədər suların Yunanıstana aid olması məntiqini doğurur.

Bəs kontinental şelf nədir?

Beynəlxalq Dəniz Hüququ 1958-ci ildə Cenevrədə imzalanan dörd mühüm saziş üzərində bərqərar olub – Ərazi dənizi və bitişik zona haqqında; açıq dəniz haqqında; kontinental şelf haqqında; balıqçılıq və açıq dənizin canlı ehtiyatlarının mühafizəsi haqqında Konvensiyalar.

Kontinental şelf dedikdə, sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru, beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki başa düşülür.

Kontinental şelf sahiyani dövlətin quru ərazisinin dənizin dibi ilə uzanan təbii davamıdır. O, adətən, 200 dəniz mili həddində olur. Bir dəniz milinin 1852 metrə bərabər olduğunu və Meis adasının Antaliyanın 2 kilometrliyində yerləşdiyini nəzərə alsaq, problemin əsl səbəbi ortaya çıxır. Belə məlum olur ki, Osmanlı dövründə bütün Aralıq dənizinin hegemonu olan Türkiyəyə indi bu su hövzəsində nəfəslik belə verilməyib.

Türkiyə isə haqlı olaraq kontingental şelfin adalardan başlaya bilməyəcəyi iddiasındadır. Üstəlik, o, Lozanna müqaviləsi bağlanarkən adalar məsələsinə imza atmayıb və bu şərtləri rədd edib. Di gəl ki, qalib dövlətlər Türkiyənin Aralıq dənizində əl-qolunu bağlamaq üçün həmin adaları Yunanıstana veriblər.

Sahiyani dövlət təbii sərvətlərin kəşfiyyatı və istismarı məqsədilə kontinental şelf üzərində suveren hüquqlar həyata keçirir. O, bu məqsədlə şelf üzərində qurğular düzəldə bilər və onların ətrafinda radiusu 500 m olan təhlükəsizlik zonaları yarada bilər. Bu qurğular sahilyanı dövlətin yurisdiksiyası altında olur.

Kontinental şelfin kəşfiyyatı və istismarı bu ərazilərin başqa dövlətlər tərəfindən gəmiçilik və uçuşların həyata keçirilməsi məqsədləri ilə istifadəsi üçün maneələr yaratmamalıdır. İstənilən dövlət kontinental şelf üzərində kabel və boru kəmərləri çəkə bilər. Lakin bu zonada tədqiqatların aparılması yalnız sahilyanı dövlətin razılığı ilə mümkündür.

Ankara da Yunanıstanın Aralıq dənizinin Türkiyəyə yaxın ərazilərində karbohidrogen ehtiyatı tədqiqatına məhz bu hüquqa istinad edərək qarşı çıxır. Afina isə Antalyanın burnunun dibində yerləşən 10 kvadrat kilometr sahəsi olan Meis adasını əsas gətirib həmin sularda tədqiqat işləri aparmaq hüququna malik olduğunu irəli sürür.

Heydər Oğuz

Strateq.az

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MÜSAHİB
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Millətdən qoparılan sərvətlər necə geri qaytarılacaq?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Mirmahmud Mirəlioğlu “Siyasət meydanı”nda: “Savaş yenidənmi başlayır – bizi kimlər idarə edir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Ağsudan Nüşabə Cəfərova danışır: “Vahid Tağıyev prezidenti sabotaj edir!”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 15:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistana məxsus PUA-nın vurulmasını təsdiqləyib. Xural.com-un məlumatına görə, bu barədə nazirliyin facebook səhifəsində məlumat yer alıb.…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Zahid Oruc yazır: “Əliyev siyasi olimpə qədəm qoyduğu daha ağır dövrün gündəliyinə yenidən qayıdır…”

Zahid ORUC, STM İdarə Heyətinin sədri, millət vəkili   2004-cü ilin soyuq yanvar günləri… Böyük Heydər Əliyevin siyasi rəqiblərinin nəzərində “kövrək hakimiyyət”in,…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Fətullah Gülənə qarşı çıxan kim olub? – Əli Həsənovun 11 il sonrakı “etirazı”

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyə mətbuatında FETO ilə əlaqələri barədə tirajlanan məlumatlardan narahat olub. Yenisabah.az xəbər verir ki, həmin…

20 Sentyabr 2020
Xural.COM