9 mayda bəzi yollar bağlı olacaq – SİYAHI

neqliyyatBakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçiriləcəkdir.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən daxil olan məlumata görə, Bakı-2015 Avropa Oyunlarına hazırlıq məqsədilə, 9 may 2015-ci il tarixdə saat 12:00-dan 19:00-dək, Mehdi Hüseyn küçəsinin Parlament Prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçirildiyi müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat avtobuslarında və metronun “Koroğlu” stansiyasında sıxlıq olacağı gözlənilir.

Şənbə günü ictimai nəqliyyatdan istifadə edəcək şəxslər maksimum dərəcədə vacib olmadığı təqdirdə evdən çıxmamaları tövsiyə olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button